Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə149/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   145   146   147   148   149   150   151   152   ...   386
Nar – Гранат Punica granatum L. Nar (Punicaceae) fəsiləsindəndir. Yabanı halda Zaqafqaziyanın və Orta Asiyanın dağlıq rayonlarında bitir. Azərbaycanın Lənkəran, Zaqatala, Şəki, Ağsu, İsmayıllı, Ağdaş, Masallı, Göyçay, Şəmkir və başqa rayonlarında yabanı narın çoxlu ehtiyatı vardır. Yabanı nar kolluqlarının çoxu Talış ərazisindədir. Azərbaycanda mədəni yetişdirilən narın ən yaxşı sortları mövcuddur.

Nar bitkisi 2-4 m hündürlükdə çox gövdəli koldur, may-avqustda çiçəkləyir. Çiçəyin kasa yarpaqları qalın ətli və qırmızıdır. Ləçəkləri 5-8 ədəd zərif, tünd qırmızıdır. Meyvəsi sentyabrda yetişir. Narın meyvəsi qeyri-həqiqi giləmeyvədir, forması girdə kürəşəkilli, bəzən uzunsov olur. Gül kasacığı meyvənin baş hissəsində qalır. Yabanı narın meyvəsi mədəni sortlara nisbətən xırda olur. Narın meyvəsi şirəlidir, nazik arakəsmələri (pərdələri) olan 6-9 yuvası olur. Hər meyvədə 200-dən 500-ə qədər şirəli dənə olur. Şirəli dənələr bir tum və içərisi şirə ilə dolmuş zərif pərdədən ibarətdir. Yabanı narın meyvəsinin qabığı yaşıl, açıq çəhrayı və müxtəlif çalarlı qırmızı rəngdə, gilələri ağ, açıq çəhrayı, qırmızı və tünd qırmızı olur. Dadı turş və ya meyxoşdur.

Narın tərkibində 8-19% qlükoza və fruktoza, 1% saxa­roza, şirin sortlarda 0,2-2%, turşa-şirin sortlarda 2-3%, turş narlarda isə 3-7% limon turşusu vardır. Bundan başqa nar şirəsində 0,53% mineral maddə, 0,50% azotlu maddə, 7 mq% C vitamini, qabığında 11,85% aşı maddəsi, 9,07% sellüloza, 5,38% pektin maddələri, 14,1% reduksiyaedici şəkər, 1% turşu vardır.

Yabanı narın tərkibində 8,2-12% şəkər, 3-9% üzvi turşu (limon turşusu), pektinli maddə, aşılayıcı maddə və C vitamini vardır. Yabanı narın həm dərman və həm də texniki əhəmiyyəti vardır. Qatılaşdırılmış nar şirəsi – narşərab – ət və balıq xörəklərində tamlı qatqı kimi istifadə edilir.

Yabanı nardan sənaye miqyasında limon turşusu istehsal edilir. 33 t nardan 1 t limon turşusu almaq olur.

Azərbaycanda Şelli mələsi, Şahnar, Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi, Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq, Qırmızı vələs və s. nar sortları yetişdirilir.

Nar meyvəsinin təzə qabığının tərkibində 22-35%-ə qədər aşılayıcı maddə vardır. Bu gön-dəri istehsalında ən yaxşı aşı maddələrindən biri hesab olunur. Bundan, həmçinin, yun və kətan parçaları boyamaq üçün bitki boyağı kimi də istifadə edirlər.

Nar təzə halda yeyilir, ondan şirə, ekstrakt, şərbət, sərin­ləşdirici içki hazırlanır. Nar dənələrindən təzə halda, nardança və nardaşa kimi məhsullardan kulinariyada geniş istifadə edilir. Nar şirəsinin qatılaşdırılmasından alınan tamlı qatmadan bir çox mili xörəklərin hazırlanmasında və kabab yanında tamlı qatma kimi istifadə olunur.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin