Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə15/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   11   12   13   14   15   16   17   18   ...   386
ArpaЯчмень Hordium Vulgare L. Taxıllar (Gramineae) fəsiləsinin Hordium cinsinə aid olub, 50-dən çox növ müxtəlifliyi vardır. Arpa dənli bitkilər içərisində qədimdən becərilən bitkidir. Arpa eramızdan 3000 il əvvəl Zaqafqaziya və Orta Asiya xalqlarına məlum olmuşdur. Mədəni arpa növünə 26 botaniki növ müxtəliflikləri daxildir. Ən çox rast gəlinən əkilən arpadır (H.Sativum Jessen) ki, bu da 3 sərbəst növə bölünür.

Mədəni arpa – Hordium Vulgare L. dünyada ən çox yayılmışdır. Digər iki növ – Efiopiya arpası və alçaqboylu arpa az yayılmışdır. Ikicərgəli və çoxcərgəli arpa tipləri məlumdur. Ikicərgəli arpadan əsasən, pivə istehsalında istifadə olunur. Tərkibində 61-69% nişasta və 12% zülal olan arpa pivə is­tehsalı üçün ən yaxşı hesab olunur.

Arpadan pəhriz və uşaq qidası üçün un, perlova və xırdalanmış arpa yarmaları istehsal edilir.

Arpa dənində 15,8% zülal, 76%-ə qədər karbohidrat, 3,5% yağ, 9,6% sellüloza, mineral maddələr, fermentlər, A, B, D, E vitaminləri vardır. Arpadan istehsal olunan yarmalar sel­lüloza ilə zəngindir. Məhz, buna görə arpa yarmasından ha­zırlanan xörəklər pis mənimsənilir və mədə-bağırsağın daha tez boşalmasına səbəb olur. Bu proses kökəlməyə meyilli insanlar üçün əhəmiyyətlidir. Arpa dənindən qəhvə içkiləri üçün surro­qat qəhvə hazırlanır.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin