Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Zeytunun müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə160/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   156   157   158   159   160   161   162   163   ...   386
Zeytunun müalicəvi xassələri. Zeytun yağından qida məqsədləri üçün və tibbdə geniş miqyasda istifadə olunur. Bitki yağları içərisində ən qiymətli yağ hesab olunur. Zeytun yağına «provans» deyilir. Bu adın ona verilməsi onun qədimdən əsasən, Fransanın Provans əyalətində istehsal edilməsi ilə əla­qə­­dar­dır. Bu yağ qızılı-sarı rəngdə, xoşagələn dad və ətrə malikdir.

Zeytun yağı orqanizmdə asan mənimsənilir və vitamin­lərlə zəngindir. Ondan kulinariyada və konserv sənayesində istifadə olunur.

Tibbdə zeytun yağının əhəmiyyəti böyükdür. Ondan mədə-bağırsaq və öd kisəsi daşının müalicəsində, həm də bəzi dər­­manların hazırlanmasında həlledici vasitə kimi istifadə olu­nur. Maz, plastır və digər məlhəmlərin hazırlanmasında əvəz­olunmaz vasitədir. Tərkibində doymamış yağ turşuları çox olduğundan aterosklerozun müalicəsində və profilaktikasında yaxşı vasitə hesab edilir. Xalq təbabətində zeytun yağı yum­şaldıcı kimi və mədə ağrılarında tətbiq olunur. Xaricə sürtmək üçün qoturluqda, əzilmə və həşəratlar dişlədikdə istifadə edilir. Zeytun meyvələrindən (çəyirdəyi çıxarılmış) hazırlanan mü­rəbbə qaraciyər və öd kisəsi xəstəlikləridə müalicəvi əhəmiy­yətə malikdir.

Zeytunun yarpaqlarından alınan ekstraktdan hiper­to­niyaya qarşı istifadə edilir. O qan təzyiqini aşağı salır, sidik­qovucu təsirə malikdir və tənəffüsü normallaşdırır. Lakin bütöv təzə yarpaqlardan hazırlanan ekstrakt qurudulmuş yarpaqdan hazırlanana nisbətən daha səmərəlidir. Xalq təbabətində də zeytun yarpaqlarından hazırlanan tinkturadan həmin məqsədlə istifadə olunur.



Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin