Günəbaxanın müalicəvi xassələri. Günəbaxan toxumlarından azad edilmiş səbətdən pektin alınır. Bu pektin mədə-bağırsaq xəstəliklərində nəzərdə tutulan dərmanların əsasını təşkil edir. Təmizlənmiş günəbaxan yağı əsas kimi bəzi məlhəmlərın, yağlı məhlulların və plastırların tərkibinə daxildir.
Günəbaxan yağından çox vaxt tibbidə işlətmə dərmanı kimi istifadə olunur. Tərkibində doymamış yağ turşuları olduğundan, ateroskleroz zamanı günəbaxan yağı içmək məsləhət görülür.
Günəbaxan yarpaqları və çiçəyinin kənar ləçəkləri də müalicəvi xassələrə malikdir. Zədələnmədən yığılan parlaq sarı rəngli ləçəkləri dərhal qaranlıq otaqlarda, yaşıl yarpaqlar isə açıq havada kölgədə qurudulur.
Qurudulub qablaşdırılmış xammal quru binalarda iki ildən çox olmayaraq saxlanıla bilər. Qurudulmuş yarpaq və ləçəklərdən spirtdə hazırlanmış tinkturadan iştahanı yaxşılaşdırmaq üçün istifadə olunur. Xalq təbabətində belə tinkturadan (1:5 nisbətində xammal 7-10 gün araqda saxlanılır) malyariyanın müalicəsində istifadə olunur. Bəzən bu məqsədə 1:10 nisbətində günəbaxanın zoğlarından hazırlanmış tinkturadan istifadə olunur. Belə nastoy 2 saatdanbir 1 xörək qaşığı titrətmə zamanı, gündə 3-4 dəfə isə ağrılar zamanı içirlər. Əvvəllər malyariya xəstəliyinin müalicəsi üçün xüsuüsi günəbaxan damcısı hazırlanırdı.
Dostları ilə paylaş: |