Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Yerfındığı (araxis) – Арахис –



Yüklə 9,53 Mb.
səhifə187/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   183   184   185   186   187   188   189   190   ...   386
Yerfındığı (araxis) – АрахисArachis hypogaea L. Paxlalılar (Leguminosales) fəsiləsinə aid olub, araxis adlanır. Birillik qollu-budaqlı, gövdəli və cüt-cüt sallanmış yarpaqlı ot bitkisidir. Çiçəkləri xırda narıncı-sarıdır. Meyvəsi torpaq altında böyüyən və ipək baramasına oxşar uzunsov paxladır. Səthi torşəkilli qılafla örtülmüş, mərkəzində bir (və ya 2-3) arakəsmə var. Meyvəsinin daxilində nazik çəhrayı və ya qırmızımtıl-qəhvəyi rəngli qılafla örtülmüş 1-3 nüvə yerləşir.

Yerfındığının vətəni Mərkəzi Amerikadır. XVI əsrdə bu bitki portuqaliyalılar tərəfindən Cənub-Şərqi Asiyaya gətiril­mişdir. Avropaya isə Çindən gətirildiyi üçün həmin dövrdə «Çin qozu» adlandırılırdı. Rusiyada yerfındığı ilk dəfə Odessada əkilmişdir. Bu bitki isti və günəş çox tələb etdiyindən Rusiyanın və Ukraynanın cənub bölgələrində, Qafqazda və Orta Asiyada əkilib-becərilir.

Yerfındığının tərkibində 45-55%-ə qədər yağ vardır. Yağın tərkibinə araxin, liqnoserin, stearin, palmitin, olein və digər yağ turşuları daxildir. Yerfındığında 24,5%-ə qədər zülal, şəkər, 5-6% sellüloza, purinlər, saponinlər, B1, E, B3, H və digər vitaminlər vardır. Meyvə qılafından araxidozid qlükozidi, yağ alındıqdan sonra qalan cecədən (jmıxdan) araxin alkaloidi alınmışdır.

Dadlı və qidalı yerfındığı nüvələri qovrulmuş halda yeyilir. Ondan halva, şokolad, tort və digər qənnadı məmulatı hazır­lanır. Yerfındığı yağı qidalılıq keyfiyyətinə görə digər bitki yağlarından üstündür. Müxtəlif qida məhsullarının hazır­lanmasında istifadə olunur. Konserv sənayesində zeytun yağını əvəz edir. Nisbətən keyfiyyətsiz yağdan sabun bişirilir.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin