Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Acıqovuq, zəncirotu – Одуванчик лекарственный



Yüklə 9,53 Mb.
səhifə193/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   189   190   191   192   193   194   195   196   ...   386
Acıqovuq, zəncirotu – Одуванчик лекарственный Taraxacum officinale Web. Bu mürəkkəbçiçəklilər (Compositae) fəsiləsidən çoxillik bitki olub, çoxlu yarpaqları və düyünlü kökləri vardır. Yarpaqları lansetvarıdır, kənarları kəsik-kəsikdir. Çiçəkləri sarı rəngdədir.

Zəncirotu, adətən may-iyun aylarında çiçək açır. Bitkinin bütün hissələri acı dad verir, lakin zəhərli deyildir. Dərman məqsədilə bitkinin kökü tədarük edilir. Kökündə 10%-ə qədər acı dadlı taraksasin qlikozidi, polişəkər inulin (payızda 40%-ə qədər, yazda isə 1-2%), 20%-ə qədər saxaroza, 15%-ə qədər zülali maddə, karotin, selikli və aşı maddələri, sterinlər və piyli yağ vardır. Çiçəklərində və yarpaqlarında karotinoidlər, üçter­pen spirtləri, B2 və C vitamini, xolin, nikotin turşusu, sapo­ninlər və minerallı maddələr (dəmir, kalsium, manqan, fosfor və s.) vardır.

Zəncirotu Azərbaycanda da geniş yayılıb. Ona respub­likamızın əksər bölgələrində rast gəlinir.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin