Çöl kələminin müalicəvi xassələri. Müalicəvi qidalanmada çöl kələmi qəbizlikdə tətbiq olunur. Lakin kəskin mədə-bağırsaq xəstəliklərində çöl kələmi ziyandır.
Xalq təbabətində çöl kələmindən sidikqovucu və bəlğəm yumşaldıcı vasitə kimi istifadə olunur. Qədimdə çöl kələmi şirəsi ilə pis sağalan yanıq yaralarının müalicəsində, suda əzilmiş toxumlarından alınan məhlulu isə qızılça xəstəliyində uşaqlara verirdilər. Bu məhlulla ağız boşluğunu və boğazı qarqara edir, əllə görüşdükdə keçə biləcək xəstəliklərin qarşısını almaq məqsədilə əlləri yuyurdular.
Dostları ilə paylaş: |