Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə224/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   220   221   222   223   224   225   226   227   ...   386
Dağnanəsi, kəkotuЧабер, Зизифора – Satureia montana L. Dodaqçiçəklilər (Labiatae) fəsiləsindən olan birillik ot bitkisidir. 30 növündən Azərbaycanda 13 növünə təsadüf edilir. Vətəni Kiçik Asiyadır. Yabanı halda Cənubi Av­ro­panın bütün ölkələrində, Krımda, Qafqazda və Zaqaf­qaziyada bitir.

Ətirli ədviyyəli bitki kimi 3 növündən istifadə edilir:



  1. Dağnanəsi – Satureia montana L.

  2. Sünbülvarı nanə Satureia spicigera.

  3. Bağnanəsi və yaxud ətirli nanə Satureia

hortensis L.

Bunlardan alınan efir yağından ətriyyat və kosmetika sənayesində geniş istifadə olunur. Sünbülvarı nanənin quru­dulmuş tozu müxtəlif xörəklərə əlavə edilir, qara və ətirli istiotla qarışığından isə kolbasalara qatılır.

Qida və müalicəvi məqsədlə istifadə olunanı bağnanəsi və ya ətirli nanədir.

Dağnanəsinin çiçək açmamışdan dərilən yarpaqları əd­viyyə kimi istifadə edilir. Olduqca ətirli və xoş tamlıdır. Tər­kibində 1%-ə qədər efir yağı vardır. Efir yağının tərkibində borneol, sineol, timol, fenol, karvakrol, pinen var. Təzə yar­paq­larında 50 mq% askorbin turşusu, 9 mq% karotin, 40 mq% ru­tin vardır. Dadı istiot dadına oxşayır və ədviyyə qatışıqlarında istiotu əvəz edir. Efir yağının əsas hissəsini karvakrol təşkil edir. Bunlardan başqa onun tərkibində aşı və qatranvarı mad­dələr də tapılmışdır.

Dağnanəsinin qurudulmamış yarpaqları salata, duru xörəklərə, xiyar, pomidor, bibər və göbələkləri sirkəyə, duza qoyduqda istifadə edilir.

Qurudulmuş dağnanəsi ət, tərəvəz, göbələk və toyuq şorbaları; mal, dana, toyuq və hind toyuğu ətlərini bişirərkən əlavə edilir. Yumurta və paxlalı dənlərdən bişirilən xörəklərə, pörtülmüş kələmin bütün növlərinə qatılır. Dağnanəsi xörəklərə spesifik ətir verir və onları vitaminləşdirir. Dağnanəsindən likör-araq sənayesində, ətriyyat və təbabətdə də istifadə olunur.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin