Əməköməcinin müalicəvi xassələri. Əməköməcinin tərkibində müalicə əhəmiyyətli yapışqa-nabənzər maddə olduğu üçün xalq təbabətində iltihaba qarşı istifadə olunur. Yarpaqlarında C vitamini və karotin oldu-ğundan avitaminozun profilaktikasında da əhəmiyyətlidir.
Qurudulmuş əməköməcinin çiçəklərindən sulu dəmləmə hazırlayıb sinə yumşaldıcı, öskürək əleyhinə vasitə kimi tənəffüs yollarının iltihabını aradan qaldırmaq, mədə-bağırsaq xəstəliklərində mədənin selikli qişasını yumşaltmaq və köpmənin qarşısını almaq üçün işlədirlər. Əməköməcinin çiçəyindən alınan rəngdən yunun boyanmasında və şərabçılıqda istifadə olunur.
Dostları ilə paylaş: |