İspanaq (şomy) – Шпинат – Spinacia oleraseae L. Tərə (Chenopodiaceae) fəsiləsindən birillik bitkidir. Vətəni Asiyadır, lakin bəzi alimlərin araşdırmalarına görə Qafqaz da hesab olunur, çünki burada ispanağın mədəni sortuna yaxın olan yabanı formalara rast gəlinir. Qədimdə ispanaq haqqında Avropada heç bir məlumat olmayıb. Orta əsrlərdə ispanaq ərəblər tərəfindən İspaniyaya gətirilib. Ərəblər ispanağa «tərəvəzlərin şahı» adını verdikdən sonra, o, dünyada dəyərləndirilir və bir çox ölkələrdə becərilir. İspanaq Rusiyada XVIII əsrin ortalarında əkilməyə başlanmışdır.
Yarpaqları tünd yaşıl olub, çox zərifdir. İspanaq yarpaqlarında 9,3% su, 2,3% azotlu maddə, 0,3% yağ, 2,8% azotsuz maddə, 1,0% sellüloza və 1,5% mineral maddə vardır. Təzə ispanaqda 3 mq% dəmir və 100 q-da 0,009 mq arsen vardır. İspanaqda 37 mq% C, 3,7 mq% karotin, 0,08 mq% B1, 0,25 mq% B2, 0,72 mq% PP vitamini vardır. İspanağın geniş yayılmış sortlarından Virofle, İspolin, Rostov, Viktoriya, Hollandiya və s.–ni qeyd etmək olar. Azərbaycanda isə Nəhəng sortu becərilir.
İspanaq tərkibindəki zülalın miqdarına görə lobya və noxuddan sonra tərəvəzlər içərisində üçüncü yeri tutur. Onun tərkibində dəmir, fosfor, yod, maqnezium, kalium, natrium və kalsium var. Tərkibində 64 mq% C, 0,30 mq% B1, 0,30 mq% B2, P, K, D, E, D2, Bc (fol turşusu) və karotin (provitamin A) vardır. Yarpaqları təzə və bişirilmiş halda qidaya sərf olunur. Ondan quzuqulağı (turşəng) ilə birlikdə yaşıl borş (шши), püre və souslar hazırlanır. Konservləşdirilmiş ispanaq püresində C vitamini və karotin yaxşı qalır.
Dostları ilə paylaş: |