Şalğam – Репа, турнепс – Brassica rapa. Xaççiçəklilər (Cruciferae) fəsiləsindən olan ikiillik tərəvəz bitkisidir (Brassica rapa). Şalğam birinci il kök və şaxəli yarpaq, ikinci il isə çiçəkləyir və toxum verir. Şalğamın tərkibində 8,5-16,9% quru maddə vardır ki, bunun da yarısını şəkərlər təşkil edir. Şimal zonasında yetişən şalğamda 4-73 mq%, orta zonada yetişəndə isə 22-50 mq% C vitamini vardır. 1,23-2% zülali maddə, B1, B2 vitamini və karotin (provitamin A) vardır. Şalğamın spesifik iyi tərkibindəki xardal yağının miqdarından asılıdır. Təzə, qiymələnmiş, bişirilmiş və qızardılmış halda qidaya sərf olunur.