Dəfnə yarpağının müalicəvi xassələri. Yunan mifologiyasına görə bu bitki Appolona həsr olunmuşdur. Çünki o, öz musiqi alətini və başını (alnını) dəfnə budaqları ilə bəzəyirdi. Dəfnə çələngi (əklili) qələbənin və şöhrətin rəmzi hesab olunurdu. Müasir dövrdə bəzən beynəlxalq müsabiqələrin və yarışların qalibləri dəfnə çələngi ilə mükafatlandırılır. Dəfnənin meyvəsindən alınan piyli-efirli dəfnə yağı xalq təbabətində qıcıqlandırıcı sürtkü məlhəmi kimi yel xəstəliyinə, qıcolmaya və əzələlərin iltihabına qarşı tətbiq olunur. Dəfnənin dərman kimi tətbiqi qədimdən məlum olmasına baxmayaraq, tibbdə lazımi qədər öz təsdiqini tapmamışdır.