Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə324/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   320   321   322   323   324   325   326   327   ...   386
Qara xaşxaşЧерный макPapaver somniferum L. Xaşxaş (Papaveraceae) fəsiləsindən ikiləpəli birillik, ikiillik və ya çoxillik ot bitkisidir. Bu fəsilənin 100-dən çox növü, o cüm­lədən Azərbaycanda 20 növü məlumdur. Meyvəsi qutucuqdur. Vətəni Aralıq dənizi ölkələridir.

Xaşxaşın 2 növü daha çox yayılmışdır. Təbabətdə yuxu­gətirici kimi opiy xaşxaşı, qənnadı sənayesində və çörək­çilikdə isə yağlı xaşxaş istifadə olunur. Opiy xaşxaşı ağ-sarım­tıl rəngdə, yağlı xaşxaş isə boz-qara rəngdə olur. Tərkibində 46-56% yağ, 20%-ə qədər zülali maddə vardır. Xaşxaş yağından konserv istehsalında, ətriyyat və qənnadı sənayesində istifadə olunur. Opiy xaşxaşının tərkibində 20-dən çox alkaloidlər, zülali maddə, karbohidratlar, qatranlar, mum, yağ və piq­ment­lər vardır. Quru maddəyə görə opiy xaşxaşının tərkibində 12-16% morfin, 10-18% narkotin, 0,5-1,5% papaverin, 1-3% kodein vardır. Opiy xaşxaşından əczaçılıqda müxtəlif dərmanlar hazırlanır. Boz-qara rəngli yağlı xaşxaş isə çörəkçilikdə və qənnadı sənayesində istifadə olunur.

Ev şəraitində xaşxaşdan müalicəvi məqsədlə istifadə etmək məsləhət görülmür. Opiy xaşxaşından lazımi preparatlar əczaçılıq sənayesində hazırlanır və tibbidə geniş tətbiq edilir.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   320   321   322   323   324   325   326   327   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin