Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Qaraqınığın müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə328/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   324   325   326   327   328   329   330   331   ...   386
Qaraqınığın müalicəvi xassələri. Elmi təbabətdə qara­qınıq otundan çay kimi dəmləyib sinir sistemi xəstəliklərində sakitləşdirici, eləcə də mədənin həzm prosesini yaxşılaşdırıcı və iltihabı aradan qaldırıcı dərman kimi geniş istifadə olunur. Qara­qınıq preparatı soyuqdəymə nəticəsində baş verən sinə ağrı­larını sakitləşdirici kimi təsir edir. Xalq təbabətində qara­qınıq daha geniş istifadə olunur. Onun qurudulmuş çiçək­lə­rindən soyuqdəymədə, mədə-bağırsaq xəstəliklərində ishala və dizenteriyaya qarşı, eləcə də göyöskürəkdə çay kimi dəmləyib içirlər. Bundan başqa, qaraqınıq çayından diş və boğaz ağrı­larında qarqara kimi də istifadə edilir.

Qaraqınığın dəmləməsi aşağıdakı qaydada hazırlanır: qu­rudulmuş qaraqınıq otunu əvvəlcə xırdalayır, toz halına salırlar. Sonra ondan 1 çay qaşığı götürüb 1 stəkan qaynar suda 30 dəq. dəmləyib süzür gündə 3 dəfə, hər dəfədə 1-2 xörək qaşığı ye­məkdən əvvəl xəstəyə içirdirlər. Belə çaydan əsəb xəstə­liklərində sakitləşdirici, mədə-bağırsaq və tənəfüs yolları xəstə­liklərində iltihabı aradan qaldırıcı vasitə kimi istifadə edilir.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin