Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Qırmızı istiotun müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə330/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   326   327   328   329   330   331   332   333   ...   386
Qırmızı istiotun müalicəvi xassələri. Qırmızı istiotun meyvələrini tam yetişdikdən sonra toplayıb günəş altında və ya xüsusi quruducularda qurudurlar. Bitkinin meyvəsini qurut­duqda və xüsusən qurumuş məhsulu xırdaladıqda çox ehtiyatlı olmaq lazımdır, çünki qırmızı istiotun tozu gözün və tənəffüs yollarının selikli qişasına kəskin yandırıcı təsir göstərir. Qırmızı istiotun əsas təsiredici maddəsi alkaloid xassəli kapsaisindir. Kapsaisin kəskin yandırıcı təsirə malik olub, kimyəvi quruluş etibarilə desilen turşusunun vanilin amididir. Qırmızı istiotda kapsaisin alkaloidinin miqdarı 0,2%-ə qədər, başqa növlərdə isə nisbətən az olur. Qırmızı istiotun tərkibində kapsaisindən başqa 10%-ə qədər piyli yağ, 385 mq%-ə qədər C vitamini və 10 mq%-ə qədər karotin vardır. Tibdə qırmızı istiotdan tinktura və mürəkkəb duru məlhəm şəklində revmatizmdə və eləcə də donmalarda xaricə sürtmə kimi istifadə edilir. Bundan əlavə, bitkinin təzə dərilmiş və qurudulmuş meyvələri az dozada daxilə, iştahgətirici maddə kimi də işlədilir. Qırmızı istiotun meyvələri insektisid xassəyə malikdir.

Qeyd etmək lazımdır ki, mədə-bağırsaq, qaraciyər və böyrək xəstəliklərində qırmızı istiotdan istifadə etmək məsləhət görülmür.

Tibdə, əsasən iştahaartırıcı vasitə kimi qırmızı acı istiot sortlarından istifadə olunur. Bu məqsədlə qırmızı istiotun spirtdəki tinkturasından yeməkdən əvvəl 10-20 damcı qəbul etmək iştahanı artırır və həzmi yaxşılaşdırır. Belə tinktura həm də bakterisid təsirə malik olduğundan, onu kəskin mədə-ba­ğırsaq pozuntularında da tətbiq etmək olar. Bu tinkturanı günə­baxan yağı ilə 1:2 nisbətində qarışdırıb miozitdə (əzələlərin iltihabı) və işiasda (oturaq sinirinin iltihabı) dərini ovuşdurmaq üçün bir vasitə kimi istifadə olunur. Bu məqsədlə apteklərdə hazırlanan və tərkibində qırmızı istiot nastoyu olan liniment və məlhəmlərdən də istifadə etmək olar. Qırmızı istiot tinkturası həm də donmaya qarşı istifadə olunan məlhəmlərin tərkibinə daxil edilir.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin