Qızılgül mürəbbəsi. Qızılgül ləçəkləri – 100 q, şəkər – 900 q, su – 2 stəkan, limon turşusu – 2 q.
Ən yaxşı mürəbbə beşyarpaq və qazanlıq qızılgülün ləçəklərindən alınır. Ləçəklərin aşağı ağ hissəsi kəsilib atılır, yuyulur və 5 dəq. qaynar suda pörtülüb süzülür. Pörtülmək üçün istifadə olunan suda şərbət hazırlanır, ləçəklərin üstünə tökülür və birdəfəyə hazır olunca bişirilir. Bişmənin sonunda limon turşusu əlavə edilir. Bu vaxt mürəbbənin rəngi tutqun çəhrayı rəngə boyanmalıdır.
İtburnu gülünün ləçəklərindən də bu qaydada mürəbbə bişirilir və xalq arasında soyuqdəyməyə qarşı istifadə edilir.
Dostları ilə paylaş: |