Muskat qozunun müalicəvi xassələri. Muskat qozu yeyinti sənayesində, xüsusən qənnadı məhsulları istehsalında, likör və acı tinkturaların hazırlanmasında, eləcə də kulinariyada istifadə olunur.
Qədim ərəb təbabətində muskat qozundan yelqovucu vasitə kimi (el arasında muskat qozuna «yel cövüzü» deyilməsi də buna əsaslanır), ishalda, mədə-bağırsaq pozuntularında, soyuqdəymə və digər xəstəliklərdə istifadə olunmuşdur. Bəzən ağızdan gələn qoxunu yaxşılaşdırmaq üçün muskat qozunu çeynəyirlər.
Hesab olunur ki, muskat qozu əsəb sistemini tonuslandırır. Ondan alınan efir yağı tonuslandırıcı və stimullaşdırıcı vasitə kimi də təyin edilir. Sudanda xırdalanmış muskat qozundan impotensiyaya qarşı istifadə edirlər. Yerli əhali bu məqsədlə muskat qozunun qılafını və çiçəyini də istifadə edir. Muskat yağı aybaşı zamanı ağrılara qarşı da işlədilir. Muskat çiçəyi də eyni təsirə (lakin nisbətən zəif) malikdir.
Dostları ilə paylaş: |