Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Razyana – Фенхель – Foeniculum vulgare Mill



Yüklə 9,53 Mb.
səhifə350/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   346   347   348   349   350   351   352   353   ...   386
Razyana – Фенхель – Foeniculum vulgare Mill. Çətir­çiçəklilər (Umbellifeare) fəsiləsindən çoxillik yabanı bitkidir. 2 m-ə çatan hündürlükdə gövdəyə malikdir. Qiymətli olduğu üçün ikiillik bitki kimi becərilir. Gövdəsinin aşağı hissəsindəki yarpaqları iri və uzun saplaqlı, yuxarı hissəsindəkilər isə sap­laqsızdır. Xırda, sarı rəngli çiçəkləri gövdəsinin təpəsində çətir formasında yerləşir. Uzunsov, yumurta şəklində olan meyvəsi iki dənədən ibarətdir.

Vətəni Kiçik Asiya və Suriyadır. Avropanın və Asiyanın bütün ölkələrində becərilir. Ukraynada, Krasnodarda, Vo­ronejdə və Şimali Qafqazda razyana geniş miqyasda becərilir. Azərbaycanda bu bitkiyə yabanı halda çox təsadüf etmək olur. İkiillik mədəni bitki kimi becərilir.

Razyananın sarı rəngli xırda çiçəkləri gövdəsinin təpə­sində çətir formasında yerləşir. Meyvəsini yetişənə az qalmış dərib, qurudur və kənar qatışıqlardan təmizləyirlər.

Meyvəsinin əsas təsiredici maddəsi efir yağından iba­rətdir. Efir yağının miqdarı 4-6%-dir. Efir yağından başqa, meyvəsində 18%-ə qədər piyəbənzər yağ və 27% zülal maddəsi də vardır. Razyana yağının ətrini təşkil edən ətirli maddənin 60%-ə qədəri anetoldan ibarətdir. Anetoldan başqa razyana ya­ğının tərkibində 10-12% fenxon, pinen, fellandren, kamfen, cirə aldehidi, metilxavikol kimi ətirli maddələr də vardır. Raz­ya­nadan təbabətdə, ətriyyat və yeyinti sənayesinin bir çox sahə­lərində istifadə edilir. Ətirli ədviyyə kimi konservləşdirmədə, çörək-bulka və qənnadı sənayesində işlədilir.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   346   347   348   349   350   351   352   353   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin