Rozmarin – Розмарин лекарственный – Rozmarinus officinalis L. Dodaqçiçəklilər (Labiatae) fəsiləsindən həmişəyaşıl çoxillik ətirli kol bitkisidir. Yabanı halda Ispaniya, Italiya və Yunanıstanda bitir. Sənaye əhəmiyyətli rozmarin Krımın cənub sahillərində becərilir və ondan efir yağı alınır. Rozmarinin çiçəkləri cavan yarpaqlarla birlikdə toplanır. Onun tərkibində 0,2-0,8% efir yağı var. Yarpaqlarının kütləsi 15 mq olduqda 1,5%, 40 mq-a qədər olduqda 0,5% efir yağı olur. Efir yağının əsas komponentləri 30%-ə qədər pinen, 20%-ə qədər kamfen, 10%-ə qədər borneol və sineoldan ibarətdir. Ümumiyyətlə, rozmarin efir yağının tərkibində 20-ə qədər müxtəlif ətirli komponentlər vardır.
Rozmarin efir yağı sabunların və kosmetika məmulatlarının ətirləndirilməsində istifadə edilir. Xaricdə rozmarin yarpaqlarından alınan ekstraktdan yağların və başqa yeyinti məhsullarının stabilləşdirilməsində istifadə edilir.
Dostları ilə paylaş: |