Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Zəfəranın müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə368/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   364   365   366   367   368   369   370   371   ...   386
Zəfəranın müalicəvi xassələri. Zəfəran hələ qədim dövrdə rəngləyici maddə kimi məşhur olmuşdur. Uzun illər boyu xalq təbabətində bəzi xəstəliklərə qarşı zəfəran bir dərman kimi işlədilmişdir. Ondan qıcolma, gözağrısı, göyöskürək, üşütmə və qızdırma (Nizaminin əsərlərində qeyd edildiyi kimi) zamanı istifadə edilmişdir.

İndi də təbabətdə zəfəran tinktura şəklində tiryək dam­cı­sının tərkibində, həb şəklində mədə xəstəliklərində, sakit­ləşdirici və ağrıkəsici dərman kimi tətbiq edilir. Xaricə sürtmək üçün zəfəranın məlhəm və plastrından istifadə olunur. Xalq təbabətində zəfəran sinir sistemini tənzimedici maddə kimi işlədilir. Hazırda xalq arasında zəfərandan göz xəstəliklərində, ürək-damar və əsəb xəstəliklərində daha çox istifadə olunur.

Hazırda zəfəranın təbabətdə işlədilməsi məhdud­laş­dırılmışdır. S.E.Zemlinskinin (1958) məlumatına görə zəfəran bəzi hallarda çox az işlədilən dərmanların (Qufeland uşaq tozu, qarışıq sabur tinkturası və zəfəran tiryək tinkturası) tərkibinə daxil edilirdi.

Zəfərandan ətriyyat sənayesində (ətirli sabunların və tərkibinə efir yağı daxil olan başqa məhsulların istehsalında) istifadə edilir. Zəfəranın tərkibində 0,4-1,3% efir yağı olur ki, bu da onun ətriyyat sənayesi üçün yaxşı xammal olduğunu göstərir.

Əvvəllər zəfəran tonuslandırıcı vasitə hesab olunurdu. Ondan qadın xəstəliklərinə qarşı, sarılıqda, şişlərdə, isteriyada, ipoxondriyada, babasildə və digər xəstəliklərdə istifadə olu­nur­du. Hazırda zəfəran homeopatiyada, təlaşlı öskürəkdə və uşaq­ların spazmatik hallarında tətbiq olunur. Müasir təbabətdə zəfə­ran­dan ağrıkəsici, qıcolmaya qarşı, ürəkağrısına qarşı və sidikqovucu vasitə kimi, eləcə də mədə-bağırsağın bəzi xəs­tə­liklərində istifadə olunur.

Elmi təbabətdə zəfəran tinkturası şəklində və tiryək dam­cısının tərkibində mədə-bağırsaq xəstəliklərində sakitləşdirici və ağrıkəsici dərman kimi işlədilir. Xalq təbabətində zəfə­ran­dan sinir sistemini tonuslandıran maddə kimi də istifadə olunur.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   364   365   366   367   368   369   370   371   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin