Zəncəfilin müalicəvi xassələri. Zəncəfilin tozundan müalicəvi təsirə malik olan məlhəmlərin, cövhərlərin və eliksirlərin tərkibinə qatılır. Xalq təbabətində zəncəfildən qantəzyiqini salmaq, sakitləşdirici, tonuslandırıcı, istilikgətirici vasitə kimi istifadə olunur. Zahı qadınlara zəncəfilli quymaq verilir. Zəncəfil başağrılarında, bronxial astmada, ürəkbulanması və qusma əleyhinə tətbiq olunur. Zəncəfil yaddaşı möhkəmləndirir, tozu isə traxomaya qarşı da ən yaxşı vasitə hesab olunur.
TONUSQALDIRICI BİTKİLƏR
Bu qrupa daxil edilən bitkilər insan orqanizminə tonusqaldırıcı təsir göstərir. Bu bitkilərin meyvələrində və digər orqanlarında daha çox toplanan tonusqaldırıcı maddələrdən, əsasən tonusqaldırıcı içkilər hazırlanır. Bu içkilərdən bütün dünya ölkələrinin əhalisi istifadə edir. Belə içkilər stimullaşdırıcı xassələrinə görə həmin içkilərdən müvafiq olaraq pəhrizi qidalanmada da istifadə olunur. Əksər hallarda tonusqaldırıcı içkilər müalicəvi məqsədlə müxtəlif xəstəliklərin kompleks müalicəsində istifadə olunur. Bundan əlavə, tonusqaldırıcı bitkilərin meyvəsindən və ya yarpağından xüsusi preparatlar hazırlanıb, müəyyən istiqamətdə dərman vasitəsi kimi də apteklərdə satılır. Çayın, qəhvənin, kakaonun və kolanın tərkibindəki təsiredici kofein qrupuna aid olan alkaloidlərdən tibbi preparatlar hazırlanıb tibbdə geniş miqyasda tətbiq olunur.
Biz bu bölmədə çay, çin limonu, kakao, kola və qəhvə haqqında məlumat veririk.
Dostları ilə paylaş: |