«Sun Tea Azərbaycan» çay paketləmə fabrikində Azərbaycan Dövlət Standartı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyenik sertifikatı və Azərbaycan Respublikasında istehsal olunan məhsulların ştrixkod nömrələrinə uyğun 50 q, 100 q, 250 q və 500 q kütlədə qutulara qara məxməri çaylar paketlənir.
Fabrikdə, əsasən Seylon və Hindistan xam çaylarının qarışığı olan «Final» və «Maryam» markalı çaylar istehsal edilir. Bunlardan başqa Azərbaycanın Lənkəran-Astara bölgəsində becərilib ilkin emal edilən xam çayların əsasında Azərçay, Blendo Áåðãàìóò, Blendo Ekonomy, Qız qalası, Pürrəngi (kəklikotu ilə), Pürrəngi və Tudor çayları da paketlənir.
Eyni zamanda, Beta şirkətinin istehsal etdiyi «Beta» markalı, «Bayce» markalı, «Çempion» markalı çayları, Kaspian şirkəti tərəfindən çəkilib-bükülən «Lipton», «Pərviz» çaylarını, Ingiltərənin «Əhməd çay»-ını və digərlərini göstərmək olar.
Qeyd etmək lazımdır ki, bu çaylar, əsasən qara məxməri çay qrupuna aiddir. Çünki respublika əhalisinin əksəriyyəti qara məxməri çay içdiyindən sarı və qırmızı məxməri çaylar, demək olar ki, satışda yoxdur.
Az miqdarda satışa yaşıl məxməri çay və preslənmiş çaylar da verilir. Birdəfəlik dəmləmə üçün nəzərdə tutulan çaylar müvafiq çeşiddə olmaqla 2 q kütlədə çəkilib-bükülür.
Dostları ilə paylaş: |