Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə376/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   372   373   374   375   376   377   378   379   ...   386
Çayın dəmlənməsi qaydası
Hər bir xalqın çayın dəmlənməsi və içilməsində özünə­məx­sus ənənəsi vardır. Lakin bütün hallarda çayın daha dadlı və ətirli olması suyun keyfiyyətindən çox asılıdır. Çay dəm­lənəcək suda mineral maddələr nisbətən az olmalıdır. Bulaq və dağ çaylarının suyunda çay daha yaxşı dəm alır. Xlorlaşdırılmış suda dəmlənmiş çayın dadı və ətri yaxşı olmur. Odur ki, şəhər yerində su kranından axan xlorlaşdırılmış suyu 5-6 saat ağzı açıq qabda saxlayıb sonra çay dəmləmək üçün qaynatmaq lazımdır.

Su qaynayan kimi çay dəmlənməlidir. Suyu uzun müddət qaynatmaq məsləhət deyil. Çünki bu zaman su qismən ionlaşır. Təkrar qaynadılmış sudan və bir neçə gün əvvəldən qaynadılıb soyudulmuş sudan çay dəmləmək üçün istifadə etmək məsləhət görülmür.

Ətirli və dadlı çay hazırlamaq üçün bəzi qaydalara ciddi əməl olunmalıdır. Çayı dəmlədikdə əvvəlcə çaynik qaynayan su ilə iki dəfə yaxalanır. Sonra 1 stəkan suya 2 çay qaşığı hesabı ilə dəm çaynikinə quru çay töküb, üzərinə həcminin 1/3-i qədər qaynayan su əlavə edilir. Çaynik 5-8 dəqiqə dəsmala bükülüb isti halda saxlanıldıqdan sonra istifadə edilir.

Stəkana onun həcminin 1/3 və ya 1/4 hissəsi qədər dəm töküb üzərinə qaynanmış su əlavə edilir. Dəmlənmiş çayı qay­natmaq, yaxud onu uzun müddət isti plitə üstündə saxlamaq olmaz. Çay az miqdarda, sərf olunduqca dəmlənməlidir. Yük­səkkeyfiyyətli Final Məryəm markalı çayların dəmi qızılgül ətri, yasəmən ətri, bal ətri, sitrus meyvələrinin ətrini verir. Ətirləndirilmiş çaylar təbii nanə, berqamut və limon ətrini verməlidir.

Çay dəmləndikdən sonra ən uzağı 20-30 dəq ərzində içilməlidir. Uzun müddət saxlanılmış çay dəminin ətri itir. Çay dəmi 20-30oC temperaturdan aşağı istilikdə öz dadını itirir. Məhz, buna görə də çayı soyutmadan isti-isti içmək lazımdır. Çay armudu stəkanda və ya kiçik fincanda aramla, udum-udum içilməlidir. Susuzluğun daha tez yatırdılması və yeyilən yağlı qidanın yaxşı həzm olunub mənimsənilməsi üçün təzə dəm­lənmiş çayı şəkərsiz içmək məsləhət görülür. Orta yaşlı adamın gündə 5-6 stəkan, yeniyetmələrin 2-3 stəkan, uşaqların isə 1-2 stəkan çay içməsi normal sayılır. Hər bir adam gündə azı 2 q quru çay istehlak etməlidir.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   372   373   374   375   376   377   378   379   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin