Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə38/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   34   35   36   37   38   39   40   41   ...   386
Soya – СояGeysine. Paxlalılar (Leguminosales) fəsi­ləsinə aid birillik bitkidir. 10 növü vardır ki, bunlardan biri – Geysine hispida Max. mədəni növ kimi daha çox becərilir. Pax­lalılar içərisində becərilməsinə və istifadəsinə görə birinci yeri tutur. Bu texniki, ərzaq və yem bitkisi kimi müxtəlif məqsədlər üçün istifadə olunur.

Soyanın tərkibində 24-45% zülal, 13-37% yağ, 20-32% karbohidratlar, 4-5,8% mineral maddələr, 12 mq/kq B1, 23 mq/kq PP, 3,5 mq/kq B2 və 5 mq/kq karotin (provitamin A) vardır.

Soya zülalında qida üçün əhəmiyyətli aminturşular (lizin, triptofan, metionin, sistin və s.) olduğundan heyvani zülala yaxındır və həzm olunmasına görə süd kazeininə yaxındır. Ona görə də soyanı «bitki əti» adlandırırlar. Soya unundan süd, kəsmik, sadə qatıq, qənnadı məmulatı, müxtəlif qida qatmaları hazırlanır. Soya unundan çörəkbişirmədə, qənnadı sənayesində, kol­­basa istehsalında da məhsulları yağ və zülalla zən­gin­ləş­dirmək məqsədilə istifadə olunur. Soya yağı dünyada is­tehsal olunan bitki yağları içərisində əsas yerlərdən birini tutur. Soya yağından marqarin, sabun və digər texniki məhsullar alı­nır. Bəzi bölgələrdə soyadan yaşıl gübrə alınmasında da istifadə edilir.

Soya yağı tərkibinə görə kərəyağına yaxındır. Onun tər­kibində F vitamini fəallığında doymamış yağ turşuları, to­ko­ferol (E vitamini) və fosfatidlər vardır. Ona görə də soya yağı ilə hazırlanan xörəklər yaşlı insanlar, xüsusən də piy­lənmədən və aterosklerozdan əziyyət çəkənlər üçün çox xeyirlidir.

Rafinəedilmiş soya yağı kulinariyada istifadə olunmaqla ondan kərəyağı quruluşlu marqarin alınmasında və soya lesitinindən müxtəlif ərzaq məhsullarının zənginləşdirilməsində istifadə olunur. Əsəb sisteminin, qanazlığının və ümumi zəif­liyin müalicəsində iribuynuzlu heyvanların beynindən alınan «leysitin-cerebro» adlı lesitin preparatı alınır. Belə lesitin tə­mizlənməmiş soya yağının tərkibində vardır.

Soya dənindən bişirilmiş, qovrulmuş və qurudulmuş halda istifadə edilir. Soyadan qəhvə içkiləri, yarma və şorba hazırlanır. Soyadan yağ aldıqdan sonra yerdə qalan cecədən dadlı, qidalı şokolad və konfet məmulatı hazırlanır. Soya ununu 1:7 nisbətində su ilə qarışdırıb soya südü əldə edirlər. Həmin südü xüsusi emaldan keçirib dadına, rənginə və qidalılığına görə təbii süddən seçilməyən məhsul əldə edirlər. Soya sü­dünün tərkibində zülal, yağ, A, D və E vitaminləri vardır. Soya südü kəsmik və pendir istehsalı üçün də yararlıdır. Çində hələ 2000 il bundan əvvəl soyadan süd və pendir istehsal olunurdu. Çin mətbəxində soyadan müxtəlif dadlı və qidalı xörəklər ha­zırlanır. Soyada karbohidrat az olduğundan, diabet xəstəliyində də ondan istifadə edilir.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin