Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə75/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   71   72   73   74   75   76   77   78   ...   386
Cır mərsinГолубикаVaccinium uliginosum L. Bitkinin adı meyvəsinin və yarpaqlarının rəngi ilə əlaqədardır. Cır mərsin Mərcangilə (Vacciniaceae) fəsiləsindən, çox da böyük olmayan kol bitkisidir. Yarpaqları ellips formada, alt his­sədə göyümtül-yaşıl rəngdə, xırda ağ, azacıq çəhrayı rəngli çiçəkləri var. Meyvəsi oval formalı, rəngi göyümtül-mavi, ətliyi şirinə-turş yaşıldır. May-iyunda çiçəkləyir, meyvəsi avqust-sentyabrda yetişir. Cır mərsin iynəyarpaqlı və iriyarpaqlı meşə­lərdə kol halında, Rusiyanın şimal və orta zonasının torflu bataqlıqlarında rast gəlinir. Meyvəsi tam yetişmiş halda quru hava şəraitində toplanır. Cır mərsini topladıqda ehtiyatlı olmaq lazımdır, çünki meyvələr asan əzilir.

Əsasən təzə halda yeyilir və pəhriz xörəklərinin hazır­lanmasında istifadə olunur. Onun tərkibində 6,5% şəkər, 1% üzvi turşu, 1,2% sellüloza, pektin, aşı və boya maddələri, 25 mq% C vitamini və karotin vardır. Giləmeyvələrini qurutmaq, kompot, mürəbbə, şirə və şərab hazırlamaq olar. Tərkibində C vitamini olduğundan şimal rayonlarında sinqa əleyhinə qəbul edilir. Donmuş giləmeyvələrdə C vitamini yaxşı qorunur. Təzə şirəsi və giləmeyvədən hazırlanan həlim içki kimi qızdırmalı xəstələrə verilir.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin