Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə85/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   81   82   83   84   85   86   87   88   ...   386
Qafqaz quşarmuduРябина Кафказская – Sorbus caucasigena Kom. Gülçiçəklilər (Rosaceae) fəsiləsindən quşarmudu (Sorbus L.) cinsindən olan giləmeyvədir. Quşar­mu­dunun dünyada 84-ə qədər növü yayılmışdır. Quşarmudunun Qafqazda 20, Azərbaycanda isə 11 növü bitir.

Qafqaz quşarmudu hündürlüyü 6-8, bəzən 15 m-ə qədər dağınıq çətirli bitkidir. Diametri 40 sm-ə çatan uca koldur. Yarpaqları təkləçəkvarı yarpaqlardan ibarətdir. Çiçək qrupu çox­çiçəkli, qalxanvarıdır. Çiçəkləri ağ rəngdə olur. May-iyun ayın­da çiçək açır, avqust-sentyabrda meyvə verir, meyvəsi qışda ağacların üstündə qalır. Qafqaz quşarmudu Quba rayo­nun­da və Azərbaycanın yuxarı dağ-meşə qurşağında yayıl­mış­dır, meşələrin kənarlarında və talalarda rast gəlinir.

Qafqaz quşarmudunun meyvələrindən mürəbbə, müxtəlif vitaminli məhsullar, spirtsiz içkilər, şərbət, qəhvə surroqatları hazırlanır. Tərkibində 4-8%-ə qədər şəkər, alma, limon və kəhrəba turşuları, aşı maddələri, 4-13,7 mq% C vitamini, 52 mq% karotin vardır. Yetişmiş meyvələrinin rəngi qırmızı, qəh­vəyi və qaramtıl olur. Yetişmiş meyvələrdən təzə halda yalnız şaxta vurduqdan sonra istifadə edilir. Meyvələrinin tərkibindəki vitaminlər uzun müddət saxlandıqda belə öz təsirini itirmir. Qış mövsümündə vitaminli meyvə və giləmeyvə məhsulları olma­dıqda onun meyvələrindən istifadə olunur.

Xalq təbabətində quşarmudu meyvələrindən geniş isti­fadə olunur. Onun müalicəvi xassələri qarameyvəliqırmı­zımeyvəli quşarmudunda olduğu kimidir.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin