Qara quşüzümü – Паслен черный – Solanum nigrum. Quşüzümü (Solamumaceae) fəsiləsindən olub birillik bitkidir. Zoğu qollu-budaqlı 15-90 sm hündürlüyündə, yarpaqları yumurta formalı, çiçəkləri xırda, ağ çətirşəkilli qıvrımdır. Meyvəsi, adətən qara, nadir hallarda yaşıl kürəformalı giləmeyvədir. İyuldan sentyabra qədər çiçəkləyir, avqust-oktyabr aylarında yetişir. Tam yetişmiş meyvələri istifadə olunur.
Qara quşüzümünün tərkibində 353,2 mq% C vitamini, qlikoalkaloid solanin vardır. Lakin tam yetişmiş meyvələrində solanin olmur. Yarpaqlarında 815,5 mq% C vitamini, saponinlər, karotin, 4,95% limon turşusu vardır.
Dostları ilə paylaş: |