ƏHMƏd cavad (1892-1937) HƏyati, yaradiciliğI



Yüklə 48,88 Kb.
səhifə3/3
tarix01.01.2022
ölçüsü48,88 Kb.
#104907
1   2   3
mey təqdim edən Sara rəqqasələrin işə başladığı şaşqınlıq məqamından edərək iti bir hərəkətlə badəyə zəhər tökür. Xaqan öz cəzasına çatır. Məzlumlar bu təkana bəndmiş kimi, həyəcana gəlib xaqanın özünü itirmiş silahdaşlarına həmlə edir, böyük qurbanlar bahasına da olsa, şəhəri, məmləkəti öz azadlığına qovuşdururlar. Poema Saranın — səsli qızın şərəfinə qoşulmuş, oynaq, şən mahnı ilə bitir.

Burada zalımlığı özünə peşə etmiş xaqan, ona yaltaqlanan saray adamları, bəzi din xadimləri, təcavüzə məruz qalmış xalqın nümayəndələri müəyyən konkret cizgilərlə təqdim edilsələr də, şairin ilhamının əsas işığı Saranın üstünə yönəldilmişdir. Proloqdan başlamış epiloqa qədər, kütləvi qırğın səhnələrini və onlarlatəzad təşkil edən təbiət mənzərələrini çıxmaq şərtilə, poemada əsas yer tutan Sara bütün hadisələrin mərkəzində durur. Yadelli işğalçıların zalımlığı, xaqanın şəxsiyyətinə pərəstiş, sarayda baş verən hadisələr məhz Saranın qəhrəmanlığının həqiqətən də fövqəladə bir hərəkət olmasını əsaslandırmaq üçün fon səciyyəsi daşıyır.Bu üsul yaxşı düşünüldüyü və əsərin kompozisiyasında müvafiq yerini tapdığı üçün səmərəlidir. Elə bu yolla da şair öz əsas ya qayəsinə nail olmuş, xalq səadətinin, istiqlalın həyatda heç nə ilə əvəz oluna bilmədiyi ideyasını oxucusuna aşılamağı bacarmışdr. Bu keyfiyyətlərinə görədir ki, “Səsli qız" keçən əsrin 20—30-cu illərində yaranmış Azərbaycan poemaları içində, Sara isə həmin əsərlərdə canlandırılmış bədii obrazlar arasında öz layiqli yerini tutur.”(B.Nəbiyev)


40



Yüklə 48,88 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin