Əhməd Ələkbər oğlu Quliyev – Lənkəran Dövlət Universitetinin baş müəllimi



Yüklə 16,15 Kb.
tarix05.01.2022
ölçüsü16,15 Kb.
#111349

Əhməd Ələkbər oğlu Quliyev – Lənkəran Dövlət Universitetinin baş müəllimi

1. Mülki müdafiə Azərbaycan Respublikasının qanunvericilik aktlarında

Müasir dövrdə, ölkə arxası silahlı hücum obyektinə çevrilən şəraitdə, MM dövlətin müdafiə qabiliyyətini təmin edən vacib bir amil kimi böyük əhəmiyyətə malikdir. Eyni zamanda, MM insanın ətraf mühitdə təhlükəsizliyi və sağlamlığının qorunması haqqında bir elm sahəsidir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası MM sahəsində də əhəmiyyətli inkişaf yolu keçmişdir.

Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində əsas anlayış kimi mülki müdafiə - dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir;

“Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində (Mülki müdafiə haqqında qanunvericilik) göstərilir ki, Mülki müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.



Konstitusiyanın 9-cu maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə silahlı qüvvələr və başqa silahlı birləşmələr yaradır. Təsadüfi deyildir ki, MM Silahlı Qüvvələrimizin əlavə qoşun növləri sırasında əhəmiyyətli yer tutur.

26 noyabr 1993-cü il tarixli “Müdafiə haqqında” Qanunun 1-ci maddəsində gostərilir ki, ölkənin müdafiəsi – dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün, suverenliyinin və əhalinin təcavüzdən qorunmasının siyasi, iqtisadi, hüquqi, hərbi və sosial tədbirlər sistemidir. “Müdafiə haqqında” Qanunun 16-cı maddəsində gostərilir ki, Azərbaycan Respublikasının MM-i mülki əhalini və ölkə iqtisadiyyatı obyektlərini hərbi əməliyyatlar zamanı yaranan təhlükələrdən qorumaq məqsədi ilə təşkil edilir və onun təşkili qanunvericiliklə müəyyənləşdirilir.



1992-ci il 31 iyul tarixində ölkə Prezidentinin fərmanı ilə “Azərbaycan Respublikasının MM-i haqqında Əsasnamə”nin təsdiqi ölkədə milli müdafiə sisteminin əsasını qoydu və bu sahənin gələcək inkişafının istiqamətlərini müəyyənləşdirdi. Yeni əsasnamədə respublikada MM-in əsas məqsəd və vəzifələri, habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcədə məsul şəxslərin və bütün vətəndaşların MM üzrə vəzifələri müəyyən edimişdir.

1998-ci il aprelin 18–də ölkə başçısının fərmanı ilə “MM haqqında” qanun qüvvəyə minmişdir.

MM üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) sistemi yerinə yetirir. FHN-i 2005–ci il dekabrın 16-da Prezidentin fərmanı ilə yaradılmış və bu nazirlik haqqında əsasnamə ölkə Prezidentinin 2006-ci il 19 aprel tarixli fərmanı ilə təsdiq edilmişdir.
Yüklə 16,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin