10.6. Qurudulmuş süd məhsullarının funksional xassələri Quru süd konservlərinə yağlı və yağsız quru süd tozu, quru ayran, quru zərdab, quru qaymaq, quru pəhrizi turşudulmuş süd məhsulları, qurut, dondurma və uşaq qidası üçün süd qurusu qarışıqları aiddir.
Quru süd tozu almaq üçün əvvəlcə südü vakuum aparatlarda tərkibində 43-48% quru maddə qalana qədər qatılaşdırıb, sonra kontakt və ya tozlandırma üsulu ilə qurudulur.
Kontakt üsulu ilə hazırlanan quru südün nəmliyi 6-7% olub, zülalları qismən denaturatlaşmışdır. Bərpa olunması 70-85%-dir.
Tozlandırma üsulu ilə quru süd istehsalında südün temperaturu 70-750C-dən yüksək olmur, ona görə də südün fiziki-kimyəvi xassələri dəyişmir. Bu üsulla alınan südün bərpa olunması 89-99%-dir, nəmliyi 3%-dir.