Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional



Yüklə 0,87 Mb.
səhifə11/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   164
-funksional-

funksional göstəricilər ərzaq mallarının təyinatına uyğunluğunu və tələbi ödəmə qabiliyyətini xarakterizə edir.




  • təhlükəsizlik göstəriciləri istehlak prosesində məmulatın orqanizm üçün ziyansız və təhlükəsiz olması xüsusiyyətlərini xarakterizə edir. Bu göstəricilər ilə əlaqədar müəyyən olunmuş tələblər insanı təh-lükədən və onun səhhəti üçün ziyanlı təsirlərdən qorumalıdır. Ərzaq mallarında alfatoksinlərin, pestisidlərin və ağır metal duzlarının miqdarı bu baxımdan normalaşdırılır.




  • ekoloji göstəricilər, məhsul istehlak edilərkən ətraf mühitə təsiri xarakterizə edir. Məsələn, tütün məmulatı çəkilərkən tüstü ilə bir-likdə ayrılan nikotin buna misal ola bilər.

10
Qida məhsullarının keyfiyyətinin yüksəldilməsi onların insan orqanizmi üçün fizioloji əhəmiyyətini artırır, xammal və materiallara qənaət etməyə, əhali tələbinin daha dolğun ödənilməsinə və eyni zamanda istehsal olunan məhsulların dünya bazarına çıxarılmasına müsbət təsir göstərir.


Əhalinin maddi səviyyəsinin yüksəldilməsi və texniki tərəqqinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq ərzaq mallarının keyfiyyətinə tələbat arası kəsilmədən artır. Müasir dövrdə əhali daha çox keyfiyyətli, yüksək qidalı və ekoloji cəhətdən zərərsiz və nöqsansız ərzaq məhsulları istehlak etməyə üstünlük verir.
Yüksəkkeyfiyyətli məhsul istehsal etmək xammala və maddi ehtiyatlara qənaət etmək, nəticə etibarı ilə cəmiyyətin tələbatını daha dolğun ödəmək deməkdir. Məhsulların keyfiyyətinin daimi yüksəldilməsi iqtisadiyyatın inkişafı üçün zəruri tələblərdən biri hesab edilir.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin