XI FƏSİL. ƏT MƏHSULLARININ VƏ YUMURTANIN
FUNKSİONAL VƏ ERQONOMİK XASSƏLƏRİ
11.1. Mal-qaranın erqonomik göstəriciləri
Ət istehsalı üçün əsas xammal bazası qaramal, qoyun, donuz və ev quşları hesab olunur. Emal edilən mal-qaranın 90%-dən çoxu bu hey-vanların payına düşür. Ayrı-ayrı ölkələrdə və iqtisadi bölgələrdə camış, keçi, zebu, at, dəvə, maral, dovşan və digər vəhşi heyvanların ətindən də istifadə edilir.
Respublikamızda istehsal olunan ətin təxminən 50%-ni qaramal, 30%-ni qoyun əti, 10%-ni quş əti, 10%-ni isə donuz və digər heyvanların ətləri təşkil edir.
Dostları ilə paylaş: |