11.6. Duzlanmış və hisə verilmiş ət məmulatının
funksional xassələri
Hislənmiş ət məhsulları zərif konsistensiyalı, yüksək qidalı və xo-şagələn dadlı, saxlanılmağa davamlı ət məhsuludur. Bu məhsulların yeyilən hissəsində 25-45% su, 10-17% zülal, 60%-ə qədər yağ və 7%-ə qədər mineral maddələr (duzla birlikdə) vardır.
139
Hislənmiş ət məhsulları üçün əsas xammal bekonluq donuz əti, həmçinin ətlik və piylik donuz əti, I kateqoriya mal və qoyun ətləri, subməhsulları, şəkər, duz və ədviyyatdır. İstifadə ediləcək ətlər isti-buğlu, soyumuş və bəzi hallarda dondurulmuş ola bilər. Yüksəkkeyfiyyətli hislənmiş ət məhsulları cavan heyvanların ətindən hazırlanır. İstifadə olunan cəmdəyin hissələrindən asılı olaraq bud əti (okorok), ruletlər və geniş çeşiddə hislənmiş ət məhsulları istehsal edilir.
Sərf edilən əsas xammaldan asılı olaraq hislənmiş ət məhsulları 3 tipə – donuz, mal və qoyun ətlərindən hazırlanan məhsullara ayrılır.
Termiki emalından asılı olaraq hislənmiş ət məhsulları – çiy
hislənmiş, hislənib-bişirilmiş, hislənib-qızardılmış, hislənib-qovrulmuş, bişirilmiş, qızardılmış və qovrulmuş ola bilər.
Hislənmiş ət məhsullarının çoxu donuz ətindən hazırlanır.
Dostları ilə paylaş: |