Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional


İstehlak mallarının keyfiyyətinin qiymətləndirilməsi



Yüklə 0,87 Mb.
səhifə14/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   164
-funksional-

1.4. İstehlak mallarının keyfiyyətinin qiymətləndirilməsi

və nəzarət üsulları
İstehlak mallarının keyfiyyəti, bu məhsulların istehlak məziy-yətləri, habelə qidalılıq və tamlılıq dəyərinin müəyyənləşdirilməsi üzrə müxtəlif xassələrin məcmusundan ibarətdir.
İstehlak mallarının keyfiyyəti yoxlanılarkən, onun orqanizm üçün zərərsiz olması, qidalılıq, tamlılıq dəyəri və saxlanılması zamanı tərkibində baş verən dəyişikliklər əsas götürülür. İstehlak mallarının xassələrinin, keyfiyyətinin və tərkibində baş verən dəyişikliklərin öyrənilməsi əmtəəşü-naslığın əsas problemlərindən biridir. Bu problemin həlli əmtəələrin keyfiyyətinin xüsusi tədqiqat üsulları ilə müəyyən edilməsinə əsaslanır.
İstehsalatda və ticarətdə ərzaq məhsullarının bütün xassələri yox-lanılmır. Yalnız o xassələr yoxlanılır ki, onların vasitəsilə həmin məhsulun yararlılığı və keyfiyyəti müəyyən edilə bilsin.
Xammal, yarımfabrikat və hazır məhsulun keyfiyyətinə nəzarət ərzaq məhsulları istehsal edən müəssisələrin texniki nəzarət şöbələri və laboratoriyaları tərəfindən həyata keçirilir.
İstehlak mallarının zərərsizliyinə nəzarət isə Səhiyyə Nazirliyi Baş Sanitar-Epidemiologiya İdarəsinin laboratoriyaları tərəfindən həyata keçirilir.
Keyfiyyət üzrə dövlət müfəttişliyinin inspektorları, əmtəə ekspert bürosunun (ƏEB) ekspertləri, ticarət müəssisələrinin əmtəəşünasları və ixtisaslı işçiləri malların keyfiyyətini orqanoleptiki üsulla yoxlayırlar. Əgər məhsulun keyfiyyətini kimyəvi, fiziki-kimyəvi və başqa üsullarla müəyyən etmək lazım gələrsə, onda xüsusi yeyinti laboratoriyalarına müraciət edirlər.

17
İstehlak mallarının əmtəəşünaslıq-ekspert tədqiqi, onların fiziki, kimyəvi, biokimyəvi, biofiziki və başqa xassələrinin daha geniş öyrənil-məsi elmi-tədqiqat institutlarında və müvafiq Nazirliklərin və komitələrin Mərkəzi laboratoriyalarında aparılır.


İstehlak mallarının keyfiyyətinin əmtəəşünaslıq-ekspert sınağını, mal göndərənlərdən malı ticarət təşkilatında qəbul etdikdə əmtəəşünas-ekspertlər həyata keçirirlər. Belə sınağın əsas vəzifəsi əmtəələrin keyfiyyə-tinin standartın normativ tələblərinə uyğun gəlməsini yoxlamaqdan ibarətdir.
İstehlak mallarının keyfiyyət göstəriciləri malın xassələri ilə əlaqəli surətdə müəyyən edilir. Keyfiyyət göstəriciləri birbaşa və dolayı yolla müəyyən edilə bilər. Məsələn, toz-şəkərin tərkibində şəkərin, kərəyağında yağın miqdarı, çörəkdə nəmlik birbaşa təyin olunan göstəricilərdir. Birbaşa təyin olunan göstəricilər yeyinti məhsullarının qidalılıq dəyəri ilə əlaqə-dardır. Dolayı yolla keyfiyyətin təyini məhsulun yararlığı və keyfiyyəti ilə əlaqədar olan xassələrin qanunauyğun əlaqəsi əsasında başa çatdırılır. Məsələn, unun minerallı maddəsinin (külün) miqdarı onun tərkibində olan endosperm və qılafın miqdarı ilə qanunauyğun əlaqədədir. Unda külün miqdarı onun sort göstəricisidir. Südün sıxlığı onun kimyəvi tərkibindən, patka və ya balın xüsusi çəkisi onun tərkibində olan quru maddənin miqdarından asılıdır.
İstehlak mallarının keyfiyyət göstəriciləri onların fiziki və kimyəvi xassələri ilə əlaqədardır. Məhsulun fiziki xassələri onun kimyəvi tərkibin-dən və ayrı-ayrı komponentlərin tərkib və quruluşundan çox asılıdır. Ona görə də məhsulun kimyəvi tərkibi fiziki üsulla təyin edilə bilər.

18



  1. Yüklə 0,87 Mb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin