Təbii (öz şirəsində) balıq konservləri hazırladıqda təmizlənib
doğranmış balıq, krab və krevetka, həmçinin treska balığının qaraciyəri
az
|
miqdarda duz və ədviyyat (qara və ətirli istiot, dəfnə
|
yarpağı) əlavə
|
edilməklə bankalara
|
yığılır. Bu qrupa öz şirəsində balıq,
|
həlməşikdə və
|
ya
|
bulyonda balıq,
|
yağ əlavə edilmiş balıq, balıq şorbası,
|
uxa, qaraciyər
|
konservlərini göstərmək olar. Təbii konservlər nərəkimilər, qızılbalıqlar, siyənəklər, sayra, paltus, skumbriya və digər balıqlardan hazırlanır.
Tomat sousunda balıq konservləri heç bir əlavə kulinar emalından keçirilmədən, qəlyanaltı kimi istifadə edilir. Bu konservlər çəki, xanı, treska, siyənək, kambala, stavrida, kilkə və digər balıqlardan hazırlanır. Bu qrup konservlər istehsal olunan konservlərin 70%-ə qədərini təşkil edir.
Bitki yağında balıq konservləri balıq əti parçalarından və bütöv xırda balıqlardan hazırlanır. Müxtəlif üsullarla ilk və termiki emaldan keçirilmiş balıqlar bankalara yığılır, üzərinə yüksək keyfiyyətli bitki yağı (günəbaxan, soya, xardal və s.) əlavə edilir. Bu konservlər istehsal olunan bütün konservlərin 20%-ə qədərini təşkil edir.
Dostları ilə paylaş: |