14.1. Gön ayaqqabıların antropometrik göstəriciləri Antropometrik göstəricilər ayaqqabının insan ayağına bütün əla-mətlər üzrə uyğun gəlməsi ilə xarakterizə edilir. Hər bir ayaqqabı forma-sına, konstruksiyasına, ölçülərinə görə insan ayağının anatomik quruluşuna uyğun gəlməlidir. Məlumdur ki, insan yeriyərkən, yüyürərkən, tullanarkən onun ayağı ölçücə dəyişir. Məsələn, maksimum qatlanma zamanı ayağın barmaq dəsti hissəsində 6-8 faiz normadan artıq genişlənmə baş verir. Bunun nəticəsində ayaqqabının üz detallarında hissedilən dərəcədə dəyişiklik baş verir.
Ayaqqabının konstruksiyası səmərəli olmaqla bərabər, istehlak za-manı lazımi rahatlığı təmin etməli, ayağa geyilən zaman heç bir çətinlik yaratmamalı, ayaqda etibarlı durmalı və ayaqqabının hissələri istənilən tələblərə cavab verməlidir.