Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional


FƏSİL. ƏRZAQ MALLARININ ORQANOLEPTİK GÖSTƏRİCİLƏRİ



Yüklə 0,87 Mb.
səhifə15/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   164
-funksional-

FƏSİL. ƏRZAQ MALLARININ ORQANOLEPTİK GÖSTƏRİCİLƏRİ



2.1. Orta nümunənin götürülməsi və tədqiqə hazırlanması
Ərzaq məhsullarının keyfiyyətinə nəzarət müxtəlif üsullarla apa-rılır. Bunlara istehsalat nəzarəti, qəbul nəzarəti, təftiş nəzarəti, dövri nəzarət və bütün mal partiyasına nəzarət növləri aiddir.
Ticarətə ərzaq məhsulları iri partiyalarla qəbul edilir. Növü və çeşidi eyni olan, eyni adda və bağlamada, bir briqada tərəfindən bir növbə ərzində istehsal edilən, bir sənədlə daxil olan istənilən miqdar eynicinsli məhsul partiya mal adlanır. Əgər mal partiyası eynicinsli deyilsə, onda həmin malı eynicinsli bir neçə qrupa sortlaşdırmaq lazımdır.
Ticarətə mal daxil olarkən qəbul nəzarəti, saxlanılma və satış zamanı isə təftiş nəzarəti aparılır. Nəzarət seçmə üsulu və ya başdan-başa aparıla bilər.
Bundan başqa, nəzarətdə hər vahid mal bağlaması yoxlanılmalıdır. Bu zaman alıcıya qüsurlu məhsulun satılması qeyri-mümkündür, lakin bu üsul çox zəhmət və vəsait tələb edir.
Çox vaxt seçmə üsulu ilə nəzarət aparılır. Bu üsul istehsal müəs-sisəsindən və ya mal göndərənlərdən ərzaq məhsulları qəbul edilərkən tətbiq edilir. Bu məqsədlə daxil olan partiya maldan orta nümunə götü-rülür. Orta nümunə elə ayrılmalıdır ki, həmin nümunənin təhlili zamanı alınan nəticə ümumi partiya mala tətbiq edilə bilsin.
Orta nümunənin miqdarı və onun götürülməsi qaydası hər bir qrup ərzaq məhsulu üçün təsdiq olunmuş normativ-texniki sənəddə müəyyən-ləşdirilir. Orta nümunənin miqdarı bir qayda olaraq partiya malın 1/1000 və ya 1/10000 hissəsindən azını təşkil edir. Orta nümunənin götürülməsi qaydası məhsulun xarakterindən, miqdarından, saxlanma şəraitindən və həmin sınağı yoxlamaqda nə kimi məqsəd güdülməsindən asılıdır. Götürülən orta nümunənin miqdarı məhsul partiyasının bircinsliyi dərəcəsindən və az-çoxluğundan, taranın növündən və aparılması lazım gələn təhlillərin sayından asılıdır.
Səpələnən xırda dənəvər malların (un, şəkər, duz, taxıl, yarma və s.) təhlili üçün orta nümunəni şup adlanan cihazla götürürlər. Bu cihaz içi boş, ucu sivri metal borudan ibarətdir. Şupun boyu uzunu dərin oyuq vardır, şupu kisədən çıxartdıqda yoxlanılacaq məhsul bu oyuqda qalıb, onunla birlikdə xaricə çıxarılır.
Səpələnən məhsulların orta nümunəsini kisənin müxtəlif yerlə-rindən – aşağısından, ortalarından, yuxarısından, daxili və xarici təbəqələ-rindən, hər üçüncü, beşinci və sonuncu kisədən (məhsulun az-çoxluğundan asılı olaraq) götürülür.
19
Maye və yarımmaye məhsullardan – yağlardan, süddən, sirkədən nümunə götürmək daha asandır. Nümunə götürməzdən əvvəl mayeni yaxşıca qarışdırmaq lazımdır. Orta nümunə bal kimi çox özlü məhsul-lardan götürüldükdə, xüsusi nümunə götürən alətlərlə müxtəlif səviyyədə yerləşən təbəqələrdən eyni miqdarda nümunə götürüb, sonra onların hamısını yaxşıca qarışdırırlar.
Daxil olmuş partiya malın miqdarı çox olarsa, bu zaman standartın tələbinə uyğun miqdarda ilk nümunə götürülüb qarışdırılır və müəyyən miqdar orta nümunə (laboratoriya sınağı üçün) ayrılır. Laboratoriya üçün ayrılmış nümunənin xarab olmaması üçün (quruma, nəm çəkmə, axma, acıma və s.) qablaşdırılır və ağzını möhkəm bağlayıb plomb (qurğuşun damğa) vururlar. Laboratoriyaya göndərilən nümunə yarlıq və aktla müşa-yiət edilir. Burada məhsul istehsal edən və alan müəssisənin adı, məhsulun sortu və istehsal tarixi, nümunə götürülmüş partiyanın ölçüsü, nümunənin götürüldüyü tarix, nümunə götürənin familiyası və vəzifəsi, məhsulda təyin olunası göstəricilərin adı, standartın və ya texniki şərtlərin nömrəsi, nəqliyyat sənədinin nömrəsi və s. qeyd olunur.
Ərzaq məhsullarının keyfiyyəti orqanoleptiki və laboratoriya üsulu ilə təyin olunur.


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin