Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional


Mədəni məişət təyinatlı malların estetik xassələri



Yüklə 0,87 Mb.
səhifə154/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   150   151   152   153   154   155   156   157   ...   164
-funksional-

15.2. Mədəni məişət təyinatlı malların estetik xassələri
Son dövrlərdə sərt rəqabətlə qarşılaşan işgüzar dairələr bu qənaətə gəlmişlər ki, yaxşı dizayn yaxşı mənfəət deməkdir. ABŞ, Qərbi Avropa və Yaponiya şirkətlərinin əksəriyyəti orada çoxillik ənənələrə malik dizayn-dan bacarıqla istifadə edirlər. Dünya texnologiyaları bazarında istehsal və xidmətin dəyəri təqribən eyni olduğu üçün ancaq və ancaq dizayn hər hansı bir məmulatı özü kimiləri sırasından fərqləndirə bilər. Qiymət, keyfiyyət

177
və funksionallığına görə iki eyni məmulatın daha gözəl görünəni daha tez satılır.


Mədəni-məişət və təsərrüfat təyinatlı əmtəələr insanların gündəlik tələbatını ödəməklə yanaşı, həm də bədii ifadə formasına görə də gözəl olmalıdır. Əsas tələb «məmulat-qablaşdırma-müşayiətedici sənədlər» kompleksinin estetik xassələrinə verilir.
Bütün təsərrüfat və mədəni-məişət malları üçün estetik xassələrin aşağıdakı göstəriciləri əhəmiyyətlidir: ifadəlilik, formanın səmərəliliyi, kompozisiya bütövlüyü, istehsal işinin mükəmməlliyi və xarici görünüşün sabitliyi. Lakin müxtəlif təyinatlı əmtəələr üçün estetik xassələrin ayrı-ayrı göstəricilərinin sanballığı eyni deyildir. Dekorativ məmulatlar, hədiyyə malları, qonaq otağı mebelləri üçün kompozisiya bütövlüyünün və ifa-dəliliyin, məlumatlılığın (təbii ki, yüksək keyfiyyətli hazırlanma zamanı) əhəmiyyəti böyükdür. Texniki təyinatlı malların estetik xassələri arasında üstünlük formanın səmərəliliyinə verilməlidir.
Müasir dizaynın istiqamətlərindən biri də minimalizmdir. Bu istiqamətin xüsusiyyəti barədə italyan dizayneri Pyero Lissoni belə de-mişdir: «Prinsipcə mənə hətta bir stul, stol, bir mühafizə sistemi və ya bir lampa forması düşünmək lazım gəldikdə, mən əvvəlcə ətraf mühiti modelləşdirirəm… Mənim üçün ən yaxşı məhsullar – heç bir artıq detalı olmayan əşyalardır… Heç bir detalı olmayan əşya tarazlaşmışdır, onun nisbətləri mükəmməldir. Forma mütləq olaraq görüntü üçündür… Mən əla ifadə fikirləşdim! Zəriflik küysüz olmalıdır. Qızıl suyuna salma, çirkli na-xışlar, lazım olmayan ağaclar – bu kifayətdir ki, zərifliklə bir araya sığmır. Bütün küylülər səviyyəsizdir».
Müasir dizayn barədə digər bir fikri məşhur rus rəssamı Mixail Şemyakin bildirmişdir: «Məni yeni əşyalar qıcıqlandırır. Müasir əşyalar çox narahatdır. Həm də zövqsüzdür. Mən hətta belə bir aforizm də fikirləşmişəm – əşya zövqsüzdür, lakin narahatdır. Stollar başa düşülməyən əyri-üyrü ayaqlar üzərindədir. Mizin şüşədən olan üst layı – onlar məndə dəhşətli qıcıq yaradır və özlərində hansısa bir təhlükə daşıyır: şüuraltı olaraq siz həmişə yada salırsınız ki, şüşənin üzərinə yıxıla bilərsiniz, onu sındıraraq yaralana bilərsiniz. Ağac, döymə metal, bürünc, mis, bir sözlə təbiliklə seçilənlər, bunları sevirəm. Plastik kütləni görməyə gözüm belə yoxdur. O, məndə sadəcə olaraq fizioloji ikrah hissi yaradır. Primitiv, bar-maqdan sovrulmuş dizayner formalarını sevmirəm, burada bəsitlik minimalizm kimi təqdim olunur».
Dizayn nəzəriyyəçisi və praktiki Aksel Ven iddia edir ki, hazırda dünyada paralel olaraq inkişaf edən üç eyni hüquqlu üslub mövcuddur: klassik (ənənələrə əsaslanan), avanqard (urbanistik) və kantri. Dizaynerin fikrincə, gələcəkdə kantri istiqamətində etnodizayn, Afrika təsirləri üstün-

178
lük təşkil edəcək və həmçinin də Şərqi Asiya motivləri, asketizm də keçərli olacaq.


Klassikada da iki istiqamət: ciddi ağ-boz-bej və onun tərsi – dərin, dolğun tonlarla zənginləşdirilmiş, qızılın zümrüd-yaşıl çalarla uzlaşmasın-dan əmələ gələn dəbdəbə üstünlük təşkil edəcək. Bütün bunları üç sözlə ifadə etmək olar: təmtəraq, cah-calal, lüks.
Urbanistik üslubda da həmçinin iki istiqamət mövcuddur: təmkinli-zərif açıq-ağ rənglər və pop-art, parlaq rənglər.
1986-cı ildən 1995-ci ilədək dizayn təmtəraqlı formalardan və əlvan rənglərdən, amorf formalardan, teksturadan, strukturlaşdırmadan minima-lizmə, daha doğrusu, mütləqə yüksəlmiş lakonizmə qədər yol qət etmişdir. Bu gün isə hərəkət digər tərəfə meyilləşmişdir: əşyaların dizaynı daha təmtəraqlı olmağa başlamışdır. Buna görə də mütəxəssislərin fikrincə, bizi dizayn yüksəlişi gözləyir. 21-ci əsrin birinci onilliyinin dizaynını əsas üç ifadə müəyyən edəcək: təmtəraq, hissiyyatlılıq, lakoniklik, texnolojilik. Dəbdə qiymətli parlaqlıq, nəfislik, çalarların – qeyri-parlaqla parlağın, tünd və açığın, şəffaf və qeyri-şəffafın, uca səsli və sakitin oyunu olacaqdır. Əşyaya təkcə nadirlik deyil, həm də intimlik, etibar edilən «çalarlılıq» verən əl işi həmişəkindən daha çox qiymətləndiriləcək: əşyanın vasitəsilə siz birbaşa onu hazırlayan şəxslə ünsiyyətə girirsiniz. Materiallar – tam olaraq yüksəkkeyfiyyətli və bahalı olacaqlar. Görünür ki, dizayn özünü doğrultmadığı üçün ucuz və sadəni birdəfəlik inkar etmişdir. Funksionallıq məsələsi qapanmışdır. İyirmi il bundan əvvəl bu, aksioma idi: əşyanın forması funksiyanı izləyir, onu önə çəkir və onun diktəsi ilə yaradılır. İn-diki dövrdə isə əşyanın funksiyası bizi əvvəlkindən az maraqlandırır. Əşyanın yaradıcısının fantaziyası önə çəkilir. Əşya birinci növbədə estetika nöqteyi-nəzərindən qiymətləndirilir. Bundan sonra biz dizayn tərəfindən təmin edilməli olan hissiyyatlılıq və emosiya partlayışı barədə danışacağıq.
Dizaynerlərin fikrincə, 21-ci əsrin ilk onilliyində materialların əsas rəngləri ağ, boz-açıq sarı və təbii çalarlar olacaqdır. Boz, göy-sarı və göy-boz tonlar, çəhrayı, firüzəyi rənglər populyar olacaqlar. Onları bir qədər al


qırmızı, krallara məxsus göy rəng,

antratsit

sıxışdıracaqdır.










Zaman çox sürətlə irəliləyir, eləcə

də bizim istəklər

sürətlə

dəyişir,

yeni ideyalar yaranır. Başlıcası,

əgər o,

sizin xoşunuza

gəlirsə,

yeniliyi

sınaqdan keçirməyə çəkinməməlisiniz. Dizayn – yaxşı və

pis




fikirlərin,

yaxşı və pis hərəkətlərin, hisslərin

əksidir

(ifadəsidir); bir sözlə,

şəxsiyyə-

tin bütün rəngarəngliyidir. Həyatın mənası məhdudiyyətlərdə deyil, onun tamlığındadır, buna görə də indiki dövrdə bizim həyatımız zərif formalar və hissiyyatlı əlavələr əldə edir.


179

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin