Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional



Yüklə 0,87 Mb.
səhifə156/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   ...   164
-funksional-

Şüşə-keramika bişirmə səthləri. Bir neçə onilliklər ərzində isti-fadə edilmiş minalı bişirmə səthləri və çuqun konfor qapaqları olan klassik elektrik plitələri artıq keçmişdə qalır. Elektrik konforları əsaslı olaraq dəyişmişdir. Lakin onların yenilənməsi bişirmə panellərinin inkişafı ilə müqayisədə o qədər də çox deyildir. Mətbəx mebellərinin içərisinə quraş-dırılan texnika və xüsusən də bişirmə səthinin mizin içərisinə yerləşdiril-məsi getdikcə daha çox nüfuz qazanır. Bu gözəl, gigiyenik və rahatdır. Bu cür dəstləşdirilən mebelin təmizliyinin saxlanması olduqca rahatdır.
Bu gün və yaxın gələcək – ən yeni texnologiyalar əsasında hazırlan-mış, hamar şüşə panel şəklində şüşə-keramika bişirmə səthlərinindir. Müasir şüşə-keramika özünün unikal fiziki xassələri ilə fərqlənir və hələki digər materiallar arasında aşağıdakı göstəricilər üzrə bərabəri yoxdur:
180
sürətlə isinməsi və tez soyuması; qənaətcilliyi, isitmə hərarətinin tənzim-lənməsinin rahatlığı; isidilən səthin sahəsinin məhdudlaşdırılması imkanı; səthin anizotropluğu (daha doğrusu, materialın fiziki xassələri istilik şüalanmasının istiqamətindən asılıdır: 900 bucaq altında istilik şüası şüşə-keramikadan 100% keçir, digər bucaqlar altında isə tamamilə keçmir).
Gözəlliyinə görə də şüşə-keramika bişirmə panelləri fərqlənir. Şüşə-keramika materiallarının ilk istehsal dövründə bu texnologiyanı «kosmik» adlandırırdılar. Həqiqətən bu material kosmik imicə malikdir: bizim istədiyimizdən asılı olaraq Kainatın qara səthindən parlaq ulduz – konfor işıqlanır. Bundan başqa, şüşə-keramika bişirmə səthini daha in-formativ etməyə imkan verir. Onun səthinə asanlıqla, daimi və gözəl yazıları, piktoqramları və isinmə zonasının sərhədlərini bildirən xəttləri həkk etmək mümkündür. Ən müasir elektrik plitələrində bu funksional xassələrə dekorativ naxışlar da əlavə olunmuşdur. İsinmə zonasına effektli qrafitli texnikası ilə təsvirlərin və yazıların qədim üsullarını təqlid etməklə gül və ya çiçək naxışları salmaq mümkündür.
Şüşə-keramika səthi mütləq çərçivə ilə haşiyələnir. Bu, həm dizay-nın tələbi və həm də təmizliyin qorunmasını sadələşdirən şərtdir. Panelin haşiyələnməsi dizaynı müxtəlifdir. O, təmizlənmə üçün rahat olan, künc tikişləri olmadan rəngli çərçivə (ağ, qəhvəyi, «qrafit» rəngində), ön tərəf-dən gözəl mailliyi olan paslanmayan poladdan yastı profil və eyni mate-
rialdan arxa panel.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin