Qaz plitələri. Ayrıca quraşdırılan qaz plitələri klassik ağ rəngdən başqa, qeyri-parlaq tünd rəngləri ilə də seçilir. Son dövrlərdə paslanmayan polad, xüsusən dəbdədır, ağ şüşə-keramikanı və üzərində qayaüstü rəsmi təqlid edən şəkilli bişirmə panelini qeyri-adi dizayner həlli hesab etmək olar.
Müasir qaz plitələri istehsalçılarının, demək olar ki, hamısı həm ayrıca dayanan, həm də quraşdırma modelləri – ayrıca bişirmə paneli (qazla və qaz-elektrik) və sobalar (adətən elektrik çoxfunksiyalı) təklif edirlər. Həm quraşdırma bişirmə panelləri, həm də quraşdırma sobalar asılı və müstəqil olurlar. Müstəqil modellərin özlərinin idarəetmə panelləri olur (bişirmə səthinin ön və yan hissələrində, sobanın yuxarı hissəsində). Bu halda bişirmə səthini və sobanı mətbəxin müxtəlif yerlərində yerləşdirmək mümkündür. Asılı modellərin idarəetmə paneli vahid olur və onları bir-birinin üzərində yerləşdirirlər.
Hazırkı dövrdə şüşə-keramika bişirmə səthi olan qaz plitələri dəbdədir. Onların əsas üstünlüyü – qulluğun asanlığı və deməli, istifadənin əməli olmasındadır. Şüşə-keramika səthi özünün cəlbedici xarici görkəmini uzun müddət saxlaya bilir, üzəri qopmur və qabarmır. Əlbəttə ki, onların da bir sıra çatışmazlıqları vardır: onun üzərinə ağır əşyanı salmaq olmaz, çatlama qorxusu həmişə vardır; ikincisi, səthin üzərinə düşən ləkə onu korlaya bilər və buna görə istifadədən sonra üzəri mütləq təmizlənməlidir.
Soyuducular. Soyuducuların dizaynı və idarəetmə prinsipləri daim yenilənir. Bütövlükdə soyuducuların «kibernetikləşməsi» meyilləri müşa-hidə olunur. İndi soyuducular kompüteri xatırladır ki, onlar üçün ərzaqların saxlanması əsas vəzifələrdən ancaq biridir. Yeni modellərin, demək olar ki, hamısını iki kompressorla və kamerada hərarətin artdığını səslə işarə verən temperatur ölçü cihazları ilə təmin olunmuşdur. Soyuducuların qapılarının böyük əksəriyyəti paslanmayan poladdan hazırlanır, soyuducuların özü isə ən müxtəlif rənglərlə boyadılır. Soyuducunun ön panelinin tərtibatı üçün ən müxtəlif materiallardan istifadə etmək mümkündür – ağacdan başlamış metala qədər və hətta şüşədən. Bəzi yeni modellərdə soyuducuların qapılarının dəstəyi təbii ağacdan və ya təbii dəridən hazırlanır, içəri his-sədəki meyvə-tərəvəz yığılması üçün nəzərdə tutulmuş plastik yeşiklər isə ağacdan hörülmüş səbətlərlə əvəz edilmişdir.
182