Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional



Yüklə 0,87 Mb.
səhifə159/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   164
-funksional-

Paltaryuyan maşınlar. Paltaryuyan maşınların dizaynı, əsasən paltarların yüklənməsi üsulu ilə müəyyənləşir. Şaquli yüklənən maşınlar daha populyardır. Onları mətbəxdə mizin altına və ya vanna otağında əlüzyuyanın altına yerləşdirmək olar. Ayrıca dayanmış maşının üzərinə əşya qoymaq mümkündür (məsələn, yuma zamanı paltarla dolu səbəti). Bu cür maşınların qapağını açmaq üçün mütləq onun qarşısında müəyyən sahə olmalıdır ki, dar vanna otağında bəzən bu mümkün olmur. Şaquli yüklənən maşınların ön panellərini, adətən yeni dizayn elementləri ilə tərtib edirlər. Məsələn, bir italyan modelinin yükləmə çəninin qapısı «damcı» forma-sında hazırlanmış, damcının uc hissəsinə idarəetmə düymələri yerləşdi-rilmiş və onun şəffaf quruluşu barabanın içərisində fırlanan paltarları müşahidə etməyə imkan verir.
Üfüqi yüklənən paltaryuyan maşınlar daha kompaktdır və yükləmə qapısının yuxarıya doğru açılması onun ətrafında geniş sahənin olmasını tələb etmir. Lakin bu növ maşınları mətbəxdə miz altına quraşdırmaq və ya onun üzərinə nə isə qoymaq mümkün deyil. Amma bu maşınların ida-rəetmə paneli üst qapağın üzərində olduğu üçün paltarları doldurmaq və çıxartmaq, prosesi idarə və müşahidə etmək daha rahatdır.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin