2.7. Orqanoleptik təhlilin müxtəlif formaları
Orqanoleptiki təhlil sadə olduğundan tez başa gəlir, baha qiymətli cihaz və avadanlıq tələb etmir. Çay, pendir, kərəyağı, marqarin və başqa mallar orqanoleptiki göstəricilərinə görə mal sortlarına bölünürlər.
Orqanoleptiki təhlil üsulunun çatışmazlığı subyektivlik və keyfiy-yət göstəricilərinin yazılı xarakteristikasıdır ki, bununla da məhsulların keyfiyyətini müqayisə etmək çətinləşir.
Subyektivlik orqanoleptiki təhlildə xüsusi dequstatorlar hazırlan-ması ilə nisbətən aradan qaldırılır. Bir məhsulu orqanoleptiki üsulla təhlil etmək üçün 5-dən 11-ə qədər dequstator dəvət olunur.
Orqanoleptiki təhlil 2 yerə ayrılır:
Birbaşa standartla müqayisəyə əsaslanan təhlil;
Ball sistemi üzrə təhlil.
Müqayisəli təhlildə yoxlanılan məhsul keyfiyyəti əvvəlcədən müəy-yənləşdirilmiş məhsulla müqayisə olunur. Adətən unun sortunu yoxla-yarkən onun rəngi əsas göstərici hesab edilir. Bu isə sortu məlum olan un-la (etalonla) müqayisə üzrə təyin olunur.
Ball sistemi təhlilində isə məhsulun ayrı-ayrı göstəricilərinə müəy-yən ball qiyməti verilir. Nəticələr toplanır və buna əsasən yoxlanılan məh-sulun bu və ya başqa sorta aid olmasına dair fikir irəli sürülür.
Ölkəmizdə 10 (çay, şərab, konyak və s.) və 100 (pendir, pivə, kərə-yağı, marqarin və s.) ball sistemi ilə qiymətləndirmə qəbul edilmişdir. Mə-sələn, pendirlərin keyfiyyəti 100 ball sistemi ilə qiymətləndirildikdə dad və iyinə 45 ball, konsistensiyasına 25 ball, daxili şəklinə 10 ball, xarici gö-
rünüşünə 10
|
ball, rənginə 5 ball, qablaşdırılmasına və markalanmasına 5
|
ball verilir.
|
Təhlil zamanı müəyyən edilmiş qüsurların xarakterindən asılı
|
olaraq ball
|
qiyməti aşağı salınır və ümumi ball qiymətindən asılı olaraq
|
pendirlər əla (87-100 ball, o cümlədən dad və ətrinə 37 balldan az olma-
malı) və birinci sort (75-86 ball, o
|
cümlədən dad və ətrinə 34 balldan az
|
olmamalı) ayrılır. 75 balldan əskik
|
qiymətləndirilmiş pendir (dad
|
və ətri
|
34-dən az) qeyri-standart hesab edilir
|
və satışa verilmir.
|
|
Əgər orqanoleptiki təhlil ball sistemi üzrə 5 və daha çox dequsta-
|
torların iştirakı ilə aparılmışsa, onda
|
ayrı-ayrı göstəricilər üzrə ball
|
qiyməti
|
orta hesabi qaydada hesablanır.
|
|
|
24
Dostları ilə paylaş: |