Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional


Xlor mədə şirəsində olan duz turşusunun tərkibinə daxildir. Natrium



Yüklə 0,87 Mb.
səhifə27/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   164
-funksional-

Xlor mədə şirəsində olan duz turşusunun tərkibinə daxildir. Natrium maddələr mübadiləsində iştirak edir və toxumalarda os-
motik təzyiqi müəyyən normada saxlayır. Bütün fizioloji funksiyaların normallığını təmin etmək üçün hər gün bütün yeməklərlə birlikdə 10-15 q xörək duzu qəbul edilməlidir.
Mikroelementlər yeyinti məhsullarında cüzi miqdarda rast gəlir və bunların miqdarı mikroqram və ya qamma ilə göstərilir. Mikroelementlərin də orqanizm üçün böyük əhəmiyyəti vardır. Belə ki, Cu və Co qanın əmələ gəlməsində, F və Mn dişlərin formalaşmasında iştirak edir. Yod qalxana-bənzər vəzinin tərkibinə daxil olur. Yod çatışmadıqda endemik ur (zob) və diş-damaq xəstəliyi əmələ gəlir.
Mikroelementlərin miqdarca çoxluğu orqanizmə zəhərli təsir gös-tərir. Bəzi yeyinti məhsullarının (konserv, qənnadı məmulatı, sirkə və s.) keyfiyyəti yoxlandıqda onlarda Zn, As, Hg, Pb, Cu və Sn olub-olmaması müəyyənləşdirilir, çünki bu elementlər zəhərlidir. Məhsulun 1 kq-da 0,03 q mis, 0,4 q sink, 0,3 q qurğuşun və 0,001 q arsen olduqda, o zəhərli hesab edilir.
Standartlarda 1 kq məhsulda 5-10 mq-a qədər mis, 50 mq-a qədər sink və 120-200 mq qalay olmasına icazə verilir. Qurğuşun, civə və arsen duzlarının olmasına qəti yol verilmir.
Yeyinti məhsullarında mineral maddələrin olması ilə yanaşı onların nisbəti də düzgün olmalıdır. Belə ki, maqnezium, kalsium və fosforun nisbəti 0,6:1:1,5 nisbəti kimi olmalıdır. Fosforun artıq miqdarı kalsiumun mənimsənilməsinə maneçilik törədir. Mineral maddələrin yaxşı mənimsə-nilməsinə vitaminlər təsir edir. Məsələn, kalsium yalnız D vitamininin işti-rakı ilə yaxşı mənimsənilir. Qida zəngin olduqda, orqanizm müxtəlif mi-neral maddələrlə lazımi qədər təmin olunur.
Su təklikdə qida maddəsi hesab edilmir, lakin onsuz həyat mövcud ola bilməz. Bütün maddələr mübadiləsi prosesləri, o cümlədən qidanın həzmi, qan vasitəsilə qidalı maddələrin toxumalar ötürülməsi, orqanizmdə maddələr mübadiləsinin son məhsullarının ifraz edilməsi suyun iştirakı ilə gedir. İnsan susuz bir neçə gün yaşaya bilər. Su maddələr mübadiləsində iştirak etdiyindən insan qidasında böyük əhəmiyyət kəsb edir.

31
Ayrı-ayrı məhsullarda suyun miqdarı müxtəlif olur və suyun az-çoxluğu məhsulun ümumi xassəsinə, o cümlədən saxlanılma qabiliyyətinə təsir göstərir.


Yeyinti məhsullarında suyun faizlə miqdarı aşağıdakı kimidir: kartof – 67-83; xiyar – 95; alma – 83-88; qərzəkli meyvələr – 6-14; süd – 87-90; ət – 58-74; balıq – 62-84; pendir – 42-52; çörək-kökə məmulatı – 34-51; kərə yağı – 16-20; kartof nişastası – 20; bal – 22; un – 13-15; çay – 7; toz kakao – 6; quru süd – 4; ərinmiş yağ – 1; rafinad şəkər – 0,2-0,4; toz şəkər – 0,14.
Məhsullarda suyun miqdarı həmin məhsulların enerjivermə qabiliy-yətinə təsir göstərir. Bununla yanaşı çörəyin, meyvə və tərəvəzin konsis-tensiyasını, dadını və ətrini saxlamaq üçün onlarda olan suyun miqdarını dəyişmək məsləhət deyildir. Meyvə-tərəvəzdə olan suyun az miqdarda belə azalması, onların keyfiyyətini aşağı salır.
İnsan orqanizmində optimal su balansını saxlamaq məqsədilə bə-dənin hər kq-na gündə 35-40 ml, başqa sözlə, 2,5 l su qəbul olunmalıdır. Bunun 1-1,5-i sərbəst su (içkilər, çay, duru xörəklər) kimi, qalan hissəsi isə ərzaq məhsullarının və kulinar məmulatlarının tərkibindən qəbul edilir.
Çox su içilməsi orqanizmdən mineral maddələrin və vitaminlərin həddindən artıq xaric olunmasına (sidik və tər vasitəsilə) səbəb olur. Suyun normadan az qəbul edilməsi isə orqanizmin su-duz mübadiləsinin pozulmasına səbəb olur.
İçməli suya müəyyən tələblər verilir. Suyun keyfiyyəti onun şəffaf-lığına, rənginə, dad və iyinə, mikroorqanizmlərlə çirklənməsinə və həm-çinin onda həll olmuş kalsium və maqnezium duzlarının miqdarına (suyun codluğuna) görə müəyyən edilir. Cod suda yarma və tərəvəz pis bişir, çay yaxşı dəm almır. Mineral duzların miqdarı 1 l-də 500 mq-dan çox olma-malıdır.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin