Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional



Yüklə 0,87 Mb.
səhifə35/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   164
-funksional-

A vitamininin (retinol, akseroftol) iki A1 və A2 forması məlum-dur. Bunlar biri digərindən fiziki-kimyəvi xassələrinə və fəallığına görə fərqlənirlər. A1 vitamini (retinol) biratomlu doymamış tsiklik spirtdir. Normal şəraitdə açıq sarı rəngli kristallik maddədir. Şirin su hövzələrində yaşayan balıqların yağında bioloji təsirinə görə retinola oxşayan bir maddə tapılmışdır. Fəallığı A1 vitaminin 40%-i qədərdir. Molekulunda bir ədəd artıq ikiqat rabitə olduğundan dehidroretinol – A2 vitamini adlanır.
A vitamini heyvanat məhsullarında rast gəlir. Lakin bu vitaminə tələbat bitki mənşəli məhsullarda olan sarımtıl-narıncı rəngli karotinin (provitamin A) hesabına ödənilir.
Orqanizmdə karotin qaraciyər və bağırsaqlarda olan karotinaza fer-mentinin təsiri altında A vitamininə çevrilir.
Sənayedə karotini qırmızı yerkökündən və karotinlə zəngin olan qabaq sortlarından alırlar.

35
Yeyinti məhsullarında A vitamini və karotinin miqdarı mq%-lə aşağıdakı kimidir: A vitamini balıq yağında – 19; kərəyağında – 0,5; süddə


– 0,02; malın qaraciyərində – 0,2; yumurtada – 0,4; karotin qırmızı yer-kökündə – 9,0; sarı yerkökündə – 1,1; kahıda – 1,8; kələmdə – 0,4; göy soğanda – 6,0; ispanaqda – 4,5; turşəngdə – 2,5; pomidorda – 1,2.

Retinol preparatları treska balıqlarının qaraciyərindən hazırlanır. 1


q balıq yağında 350 BV (beynəlxalq vahid) A vitamini vardır.

Orqanizmin A vitamininə gündəlik tələbatı 1,0-2,5 mq-dır.



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin