Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional



Yüklə 0,87 Mb.
səhifə43/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   164
-funksional-

3.4. Gigiyenik xassələr
Əmtəələrin xassələrinin «İnsan – məmulat-mühit» sistemində on-ların insanın həyat və fəaliyyətinə, ətraf mühitə zərərli təsir etməməsi, təhlükəsiz və zərərsiz olması insan orqanizminin normal fəaliyyətini təmin etməsi, sanitar-gigiyenik tələblərə uyğunluğu mövqeyindən qiymətləndiril-məsi ən vacib şərtlərdən biridir. Bu tələblərin ödənilməsi isə mallarda gigiyenik xassələrin öyrənilməsi, normaların müəyyən edilməsi və ardıcıl
44
təmin edilməsi, həmçinin onların düzgün qiymətləndirilməsi yolu ilə mümkündür. Bu baxımdan insan bədəninin normal fəaliyyətini, sağlam-lığını və təhlükəsizliyini, o cümlədən ətraf mühitin təmizliyini təmin edən şərtləri gigiyenik xassələr adlandırırlar.
Gigiyenik xassələr ayrı-ayrı məhsul və xidmət növlərinə görə müx-təlif cür qruplaşdırıla bilirlər. Məsələn, insan bədəninin normal fəaliyyəti bədənin daxili hərarətinin 36-37°C arasında olması şərti ilə mümkün olur. Bu zaman geyim bədənin xarici mühitində yaradılan mikroiqlimin 29-31°C arasında olmasını təmin etməlidir. Burada mühitin ümumi hərarəti də təsir edir. Məsələn, yaz-yay və payız-qış mövsümündə mühitin orta hərarəti eyni olmur. Mühitin qeyri-normal və kəskin dəyişə bilən təsirlərindən (istidən, günəş şüasından, yağışdan, şaxtadan, küləkdən və s.) qorunma məqsədilə hər bir qamət üçün müvafiq geyim kompozisiyası (dəsti) seçilir. Bu geyim vasitələri hava, su, buxar, istilik, şüakeçirməsi kimi keçiricilik xassələri, paltarın çirklənməsi, çirkdən təmizlənməsi, əzilməsi, codluğu, sürtülmə, dartılma qabiliyyəti və bu kimi digər göstəriciləri, habelə zərər-sizliyi, konserogenliyi və s. göstəriciləri onların gigiyenik xassələri kimi seçilib normallaşdırıla, təmin edilə, qiymətləndirilə və ona nəzarət edilə bilər.
Təhlil və müşahidələrə görə təbii ki, süni və sintetik materiallardan olan geyim aşağı, təbii materiallardan isə daha yüksək gigiyenik xassələrə malik olur. Materialların növü, sıxlığı və digər xassələri bütövlükdə gigi-yenik xassələri təmin etmək məqsədilə seçilməlidir. Məsələn, sıxlığı və codluğu çox olan materiallar bəzən istisaxlamanın artırılmasına, mühafizə-olunma xassələrinin yaxşılaşmasına kömək etsə də, geyimin çəkisini artırmaqla, həm də bədənin fəaliyyətini məhdudlaşdırmaqla (xüsusilə uşaq geyimlərində) məmulatın gigiyenik xassələrini pisləşdirə bilir. Ümumiy-yətlə, daha yüngül, yumşaq və mexaniki davamlı olan geyim materiallarına tələbat yüksək olur. Onlar həm gigiyenikliyi, həm estetikliyi, həm də funk-sional xassələri daha çox yaxşılaşdıra bilirlər.
Gigiyenik xassələrin təsərrüfat və mədəni mallarda, mətbəx və məi-şət mallarında, habelə istehsalat mühitinə aid olan göstəricilərdə də normaları müəyyən edilə bilər.
Məsələn, qab-qacağın çirklənməsi, çirkdən asan təmizlənməsi, tər-kibində zərərli elementlərin (sürmə, qurğuşun və s.) olmaması gigiyenik qiymətləndirmədə müstəsna əhəmiyyət kəsb edir.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin