IV FƏSİL.TAXIL-UN MƏHSULLARININ FUNKSİONAL
VƏ ERQONOMİK XASSƏLƏRİ
4.1. Yarmaların funksional
və erqonomik xassələri
Yarma – dənli, qarabaşaq və paxlalı bitkilərin emalı nəticəsində kənar qarışıqlardan, orqanizm tərəfindən mənimsənilməyən və ya pis mənimsə-nilən hissələrdən, çiçək qişasından, meyvə qılafından, aleyron təbəqəsin-dən və rüşeymdən azad edilmiş bütöv, xırdalanmış, əzilmiş dəndən ibarət yeyinti məhsuludur.
Yarmaların tərkibində asan mənimsənilən karbohidratlar, bitki zülalları, müxtəlif vitaminlər və mineral maddələr (kalium, kalsium, dəmir, fosfor, maqnezium) vardır. Yarmalardan kulinariyada, uşaq və pəhriz qida məhsulları, həmçinin yeyinti konsentratları və müxtəlif konservlərin hazır-lanmasında geniş istifadə olunur.
Yarmalar növlərə (məsələn, buğda, arpa, qarabaşaq və s.), tiplərə (məsələn, düyü) və bəziləri əmtəə sortlarına (məsələn, düyü, darı) və
iriliyindən asılı olaraq nömrələrə (arpa, perlova, poltava yarmaları) ayrılır. Müxtəlif yarma növləri biri digərindən xarici əlamətlərinə (forma-sına, ölçüsünə, rənginə), toxumalarının quruluşuna, nişasta dənələrinin
formasına və ölçüsünə, biokimyəvi xassələrinə, tərkibində olan zülalların, karbohidratların (xüsusilə nişastanın), yağların, mineral maddələrin, vita-minlərin miqdarına görə fərqlənirlər. Ən geniş yayılmış yarma növləri aşağıdakılardır.
Dostları ilə paylaş: |