Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional


Tərəvəzlərin erqonomik göstəriciləri



Yüklə 0,87 Mb.
səhifə58/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   164
-funksional-

5.3. Tərəvəzlərin erqonomik göstəriciləri
Tərəvəzlərin erqonomik göstəricilərinə onların forması, ölçüsü, qabığının rəngi və digər göstəricilər aiddir.
Kartofun təsərrüfat-botaniki sortları bir çox göstəricilərinə görə bir-birindən fərqlənirlər. Bunların əsas göstəriciləri meyvəsinin forması, qabı-ğının və meyvəsinin rəngidir.
Kartofun yumru, uzunsov və yumurtavari formaları ilə yanaşı başqa formaları da rast gəlir. Qabığının rəngi ağ, çəhrayı, sarı, habelə bənövşəyi
olur.
Kartof yumrusu təmiz, yetişmiş, sağlam, bütöv, quru, cücərməmiş, rəngi və forması bircinsli olmalıdır. Kartof yumrusunun diametri – tez-yetişən kartofda 30 mm-dən (5% diametri 20-30 mm ola bilər), gecyetişən kartofda 45 mm-dən (5% diametri 35-45 mm ola bilər) az olmamalıdır. Əgər kartof uzunsov olarsa, onda tezyetişən sortlarda 25 mm-dən (5% diametri 20-25 mm ola bilər), gecyetişənlərdə isə 30 m-dən (5% diametri 20-30 mm ola bilər) az olmamalıdır.
Gecyetişən kartof üçün yumruların böyüklüyü yumru-oval formalı-lar üçün 35 mm (5% diametri 25-35 mm ola bilər), uzunsov formalılar üçün 30 mm (5% diametri 20-30 mm ola bilər) müəyyən edilmişdir.
Yerkökünün təsərrüfat-botaniki sortları bir-birindən forma və ölçü-sünə, ətli hissəsinin rənginə, özəyinin ölçüsünə, səthinin vəziyyətinə, çat-lamasına, saxlanılmağa davamlılığına və yetişmə müddətinə görə fərqlənir.
Ölçüsündən asılı olaraq yerkökü 3 qrupa bölünür: qısa və ya karateli qrupuna aid yerkökünün uzunluğu – 3-6 sm, yarımuzunlarda – 8-20 sm, uzunlarda isə 20-45 sm olur.
Aşxana çuğundurunun formaca yastı, yastı-girdə, girdə və konus-vari olur. Çuğundurun ətli hissəsi, adətən al qırmızı və ya halqasız qırmızı, ya da seçilən halqalara malik, hətta ağ rəngə qədər çalan açıq rəngdə olur. Kökün en kəsiyində ağ qatlar nə qədər az olarsa, çuğundurun keyfiyyəti bir
o qədər yüksək sayılır.

Kələm tərəvəzlərinin, o cümlədən ağbaş kələmin keyfiyyəti yar-


paqların sayından və sıxlığından asılıdır. Belə ki, tezyetişənlərdə 10-15
65
yarpaq, orta yetişənlərdə 20-22 yarpaq və gecyetişənlərdə 26-30 yarpaq olur. Kələm yarpaqları isə onların ağ və göyümtül rəngindən asılı olaraq müxtəlif tərkibə malik olurlar.
Yetişmə müddətinə, təyinatına, formasına, ölçüsünə və bərkliyinə, daxili özəyinin uzunluğuna görə ağbaş kələm müxtəlif sortlara ayrılır.
Kələm başları xırda (diametri 10-18 sm), orta (20-25 sm) və iri (25 sm-dən çox) olur.
Formasına görə kələm girdə, yastı, oval və sivri uclu, bərkliyinə görə isə yumşaq və bərk olur. Uzun müddət saxlamaq üçün yaxşı inkişaf etmiş bərk kələm götürülür.
Ağbaş kələmin keyfiyyəti yoxlandıqda standarta əsasən, onun xa-rici görünüşü, yarpaqlarının sıxlığı və çəkisi nəzərə alınır. Ümumiyyətlə, tezyetişənlərin çəkisi 0,4 kq, orta yetişənlərin çəkisi 0,8 kq-dan az olma-malıdır.
Soğanın təsərrüfat-botaniki sortları bir-birindən formasına, çəki-sinə, quru qabığın rənginə, sıxlığına, dadına, yetişmə müddətinə və s. görə fərqlənir.
Qabığın rəngi soğanın dad əlamətlərindən asılı olaraq dəyişir. Acı soğanların qabığı quru və şirin soğan qabıqlarına nisbətən daha tünd rəngdə olur.
Soğan formasına görə yastı, yastı dairəvi, yumru, dairəvi və uzun-sov olur. Yetişmə dərəcəsinə görə tezyetişən (80 gün), orta yetişən (80-100 gün), gecyetişən (120 gündən çox) qruplarına ayrılır. Bir ədədinin çəkisinə görə xırda (50 q-dək), orta iri (60-120 q-dək) və iri (120 q-dan çox) olur.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin