Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional


Yağların saflaşdırılmasının funksional göstəricilərə təsiri



Yüklə 0,87 Mb.
səhifə94/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   164
-funksional-

9.6. Yağların saflaşdırılmasının funksional göstəricilərə təsiri
Yağların saflaşdırılması xam yağın kənar maddələrdən təmizlən-məsidir. Yalarn saflaşdrlması nəticəsində onların funksional xassələri yax-şılaşır. Saflaşdırılma üsulları əsas prosesin getdiyi mexanizmə uyğun olaraq fiziki, kimyəvi və fiziki-kimyəvi üsullarla aparılır. Fiziki üsullara çökdürmə, filtrasiya və mərkəzdənqaçma aparatından keçirmə aiddir. Bu üsullarla yağın tərkibindəki mexaniki qatışıqlar, çökmüş fosfatidlər, su və digər maddələr ayrılır. Fasiləsiz işləyən mərkəzdənqaçma aparatlarında yağın mexaniki qatışıqlardan təmizlənməsi daha səmərəlidir. Fiziki üsul-lardan filtrasiya, yağı çöküntülərdən və asılı hissəciklərdən birdəfəlik təmizləyir.
Kimyəvi üsullarla saflaşdırmaya hidratasiya və neytrallaşdırma aiddir. Bu üsullarla yağın tərkibindəki kolloid maddələr, fosforlu bir-ləşmələr və sərbəst yağ turşuları təmizlənir.

118
Fosfatidləri ayırmaq məqsədilə yağların su ilə qızdırılıb emal


edilməsinə hidratasiya deyilir. Hidratasiya nəticəsində fosfatidlər şişir, yağda həll olmadığından çökür və bu da filtrasiya ilə ayrılır. Eyni zamanda yağ selikli və zülali maddələrdən təmizlənir.
Qələvi ilə saflaşdırma (neytrallaşdırma) yağın tərkibindəki sərbəst yağ turşuları, həllolan zülal və selikli maddələrin təmizlənməsidir. Nə-ticədə sərbəst yağ turşuları qələvi ilə reaksiyaya girərək sabun əmələ gə-tirir. Sabun piqmentləri, zülali və selikli maddələri də özü ilə birlikdə çökdürür.
Fiziki-kimyəvi üsullara yağın ağardılması, dezodorasiyası və don-durulması aiddir. Bu üsullarla yağın tərkibindəki boya maddələri və kəskin qoxulu birləşmələr təmizlənir.
Yağların ağardılması üçün onları adsorbentlərlə (heyvanat kömürü, qumbrin, askanit-ağardıcı torpaq və s.) emal edirlər. Yağın üzərinə 2-5% miqdarında adsorbent əlavə edilir, qarışdırılır və lazımi rəngdə yağ aldıqdan sonra adsorbent filtrasiya üsulu ilə ayrılır.
Dezodorasiya əməliyyatı ilə yağları kənar qoxu və dad verən maddələrdən təmizləyirlər. Yağa kəskin su buxarı verilir və buxar özü ilə kəskin qoxunu ayırır. Sonra yağ vakuum altında qurudulur.
Yağların dondurulmasında məqsəd irimolekullu doymuş yağ turşu-larını və mumları ayırmaqdır. Bu əməliyyat vinterizasiya üsulu ilə tə-mizləmə də adlanır.
Pambıq yağının saflaşdırılmasının öz xüsusiyyətləri vardır. Pambıq yağının tərkibində 2% miqdarında qossipol maddəsi olur. Sərbəst qossi-
polu qələvi ilə emal edib, birləşmiş qossipolu isə emulsiyalaşdırma üsulu

və antranil turşusu ilə ayırırlar.


Ən çox istifadə olunan bitki yağlarına günəbaxan, qarğıdalı, soya,

pambıq, zeytun və xardal yağları aid edilir.

119


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin