Pəhriz xaması uşaq qidası üçün hazırlanır. Tərkibində 10% yağ, turşuluğu 75-950T-dir.
Kəndli xaması hazırladıqda qaymağa 0,6% natrium-kazeinat əlavə edilir. Yağlılığı 14% və 18%-dir. Aşxana xaması yağlılığı 20%, Ev xaması yağlılığı 23% və 25%, turşuluğu 65-1100T-dir. 30%-li yağlı
121
xamanın turşuluğu 65-900T, 36%-li yüksək yağlı xamanın turşuluğu 60-900T-dir. Həvəskar xamasının tərkibində 40% yağ olduğundan kon-sistensiyası çox sıxdır, turşuluğu 55-850T-dir. Daxilinə perqament səril-miş karton qutulara 100 qr kütlədə qablaşdırılır. Tərkibində 30% yağı olan xama əla və 1-ci əmtəə sortuna ayrılır.
Xama orqanoleptiki qiymətləndirildikdə qablaşması, xarici görü-nüşü, rəngi, konsistensiyası, dad və iyi müəyyən edilir. Fiziki-kimyəvi göstəricilərini müəyyən etdikdə əsasən yağın kütlə payı, turşuluğu, lazım gəldikdə (xama duru konsistensiyalı olduqda) quru maddəsi təyin edilir.