10.5. Süd konservlərinin funksional xassələri
Qatılaşdırılmış süd konservlərinə qatılaşdırılmış üzlü və üzsüz süd, şəkərli qaymaq konservi, şəkərsiz sterilizə edilmiş süd və qaymaq konservisi aiddir. Qatılaşdırılmış qaymaq və süd kakao və qəhvə əlavəli də istehsal olunur.
Hazırlanmış məhsul 7 saylı xırda tənəkə bankalara (410 qr şəkərli qatılaşdırılmış süd tutan), eləcə də 14 saylı iri (3,8-3,9 kq-lıq) tənəkə qablara qablaşdırılır.
Şəkərli qatılaşdırılmış üzlü südün tərkibində 26,5% su, 43,5% şəkər, 28,5% quru maddə, o cümlədən 8,5% yağ olur.
Üzsüz süddən hazırlanmış şəkərli qatılaşdırılmış südün tərkibində 30% su, 44% şəkər, 26% quru maddə olur.
Kakao ilə qatılaşdırılmış süd hazırladıqda 1 kq südə 73-74,5 qr kakao tozu qatılır. Tərkibində 27,5% su, 43,5% şəkər, 28,5% quru maddə, o cümlədən 7,8% yağ olur.
Şəkərli qatılaşdırılmış qaymaqda quru maddələrin miqdarı ən azı 36%, o cümlədən 19% yağ, ən azı 26% su olmalıdır. Bu məhsulun durulmasının qarşısını almaq üçün 10 Pa təzyiqdə hemogenləşdirilir.
Qatılaşdırılmış sterilizə edilmiş südün tərkibində ən azı 25,5% quru maddə, o cümlədən 7,8% yağ olmalıdır. Məhsulun dadı şirintəhər zəif duzludur, pasterizə dadlı, rəngi açıq qəhvəyidir.
Şəkərlə qatılaşdırılmış üzlü və üzsüz südün orqanoleptiki key-fiyyət göstəricilərindən dad və ətri, konsistensiyası və rəngi əsas sayılır.
Dad və ətri şirin, təmiz, pasterizə edilmiş südün dadını verməli, kənar ətir və dad olmamalıdır. Azacıq yem dadının hiss olunmasına icazə verilir.
Konsistensiyası bütün süd kütləsində bircinsli olmalı, süd şəkə-rinin kristalları olmamalı, saxlanılma vaxtı bankanın dibində laktozanın çöküntüsü ola bilər. Rəngi ağ kremvarı, kölgəli və yaxud zəif göyümtül rəng ola bilər.
125
Dostları ilə paylaş: |